SON DƏQİQƏ
» » Rusiya lideri: Bu anlaşma Ukraynaya sülh gətirəcək

Rusiya lideri: Bu anlaşma Ukraynaya sülh gətirəcək

Tarix:

1-09-2025, 11:02

/ 2 346 dəfə oxundu.
Rusiya lideri: Bu anlaşma Ukraynaya sülh gətirəcək

“Rusiyanın Ukrayna böhranına yanaşması ondan ibarətdir ki, heç bir ölkə öz təhlükəsizliyini başqasının hesabına təmin edə bilməz”.
GunAz.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında deyib.
“Köhnəlmiş Avrosentrik və Avroatlantik modelləri əvəz edən və mümkün qədər çox ölkələrin maraqlarını nəzərə alan sistem balanslaşdırılmış olardı və buna görə də bəzi dövlətlərin öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına təmin etmək cəhdlərinə imkan verilməməlidir. Rusiya tərəfi Ukrayna böhranı ilə bağlı da eyni yanaşmalara sadiqdir”, - dövlət başçısı bildirib.
Putin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla Alyaskada keçirilən görüş zamanı əldə olunan anlaşmalar Ukraynada sülhə yol açır.Teleqraf
скачать dle 12.1

Şərhlər