SON DƏQİQƏ
» » Netanyahu: Makron yəhudilərə qarşı nifrəti qızışdırır

Netanyahu: Makron yəhudilərə qarşı nifrəti qızışdırır

Tarix:

20-08-2025, 10:26

/ 3 619 dəfə oxundu.
Netanyahu: Makron yəhudilərə qarşı nifrəti qızışdırır

Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasının sentyabr sessiyasında Fələstini tanımağa hazır olması ilə bağlı bəyanatına cavab verən İsrail Baş naziri Benyamin Netanyahu onu antisemitizmi qızışdırmaqda ittiham edib.
GunAz.az xəbər verir ki, bu barədə “Politico” İsrail rəhbərinin Fransa liderinə ünvanlandığı məktuba istinadla bildirib.
“Sizin Fələstin dövlətinin yaradılmasına çağırışınız antisemit ocağına benzin tökür”, - Netanyahu deyib.
Məktubda İsrail baş naziri son aylarda Fransada baş verən bəzi antisemit hadisələrə diqqət çəkib. Onun fikrincə, bunlar Fransanın İsraillə bağlı siyasəti ilə əlaqəlidir.
Qeyd olunur ki, Parisin qərarı HƏMAS-ın terrorunu təşviq edir, onu girovları azad etmək istəyindən daşındırır, fransalı yəhudiləri təhdid edənləri cəsarətləndirir.Teleqraf
скачать dle 12.1

Şərhlər