SON DƏQİQƏ
» » Tramp və Putinin görüş yeri məlum oldu - CNN açıqladı

Tramp və Putinin görüş yeri məlum oldu - CNN açıqladı

Tarix:

13-08-2025, 11:22

/ 3 151 dəfə oxundu.
Tramp və Putinin görüş yeri məlum oldu - CNN açıqladı

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskada planlaşdırılan görüşünün yeri açıqlanıb.
GunAz.az xəbər verir ki, CNN-in məlumatına görə, iki liderin görüşü Ankoric şəhərində yerləşən Elmendorf–Richardson birgə hərbi bazasında keçiriləcək.
Elmendorf–Richardson bazası ABŞ Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının ortaq istifadəsində olan strateji obyekt sayılır. Burada “F-22 Raptor” qırıcıları, “C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarələri, eləcə də ABŞ ordusunun Arktika bölgəsində fəaliyyət göstərən xüsusi briqadaları yerləşir. Baza Arktika və Sakit okean regionunda hərbi əməliyyatların idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Alyaska sammiti tərəflər arasında Ukrayna müharibəsi, təhlükəsizlik məsələləri və regional gərginliklərin müzakirəsi baxımından xüsusi önəm kəsb edir.Musavat.com
скачать dle 12.1

Şərhlər