SON DƏQİQƏ
» » "Sülh regionda inkişafa səbəb olacaq"-ƏRDOĞAN

"Sülh regionda inkişafa səbəb olacaq"-ƏRDOĞAN

Tarix:

19-06-2025, 17:36

/ 2 640 dəfə oxundu.
"Sülh regionda inkişafa səbəb olacaq"-ƏRDOĞAN

Tale bizə Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinin şahidi olmaq imkanı verdi. Bu gün Prezident İlham Əliyevin komandanlığı ilə işğaldan azad edilən Qarabağın hər bir guşəsi vahid tikinti-bərpa meydançasının tərkib hissəsidir.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 19-da Qəhrəmanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışı zamanı deyib.
Türkiyə lideri xatırladıb ki, o, mayın 28-də Azərbaycanın Müstəqillik Günündə Laçında olub. Füzuli və Zəngilanın ardınca orada beynəlxalq hava limanı açılıb. “Qardaşım İlham Əliyevlə birlikdə yeni hava limanının açılışında iştirak etdik”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti ümidvar olduğunu bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması regionun inkişafı və bərpası istiqamətində səylərə yeni impuls verəcək.
скачать dle 12.1

Şərhlər