SON DƏQİQƏ

İlham Əliyev sərəncam imzaladı

Tarix:

4-03-2017, 18:31

/ 2 892 dəfə oxundu.
İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməsi”nin 5.5–5.7-ci bəndlərinə uyğun olaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
Dövlət orqanlarından
Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri
Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini
Gənclər təşkilatlarından
Mehdiyev Nurəddin Səftər oğlu - "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri
Seyidov Mirhəsən Mirheydər oğlu - "İrəli” İctimai Birliyinin sədri
Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri
2. "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 mart tarixli 2757 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 263) ləğv edilsin.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ