Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:
Salmanov Səxavət İbrahim oğlu – general-mayor
Əsgərli Yunis Sabir oğlu – polkovnik
Mahmudov Qəşəm Fərzalı oğlu – polkovnik
Tağıyev Eldar İsgəndər oğlu – polkovnik
Ədilov Rövşən Həsən oğlu – polkovnik-leytenant
Məmmədov İlham Aydın oğlu – polkovnik-leytenant
Məmmədov Kənan Eldar oğlu – polkovnik-leytenant
Rüstəmov Xanlar Kamran oğlu – polkovnik-leytenant
Heybətov Nizami Mikayıl oğlu – mayor
Məmmədov Fərman Sabir oğlu – mayor
Heydərov Lətif Hüseyn oğlu – kapitan”
***
Prezident İlham Əliyev "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanını Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ASAN Viza” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1019) 2.6-cı bəndində "Vahid Miqrasiya Məlumat Sistemi” sözləri "ASAN ödəniş” sistemi” sözləri ilə əvəz edilsin”.