SON DƏQİQƏ
» » Azərbaycan dünyada mövqeyini möhkəmləndirir - ŞƏRH

Azərbaycan dünyada mövqeyini möhkəmləndirir - ŞƏRH

Tarix:

19-03-2024, 15:35

/ 3 943 dəfə oxundu.
Azərbaycan dünyada mövqeyini möhkəmləndirir - ŞƏRH

Yer kürəsini bürümüş geosiyasi turbulentlik şəraitində logistika əlaqələri və nəqliyyat kommunikasiyaları konkret dövlətin əhəmiyyətinin gücləndirilməsində getdikcə daha da vacib aspektlərə çevrilir. Lakin tarixi təcrübənin göstərdiyi kimi, əlverişli coğrafi mövqe və ya təbii sərvətlər qətiyyən kifayət etmir. Özünü güvənli hiss etmək və dünyada müəyyən söz sahibi olmaq üçün onları məharətlə idarə etmək vacibdir.
Olduqca əhəmiyyətli nüans odur ki, qarşıda duran vəzifələrin icrası dövlətin subyektliyinə, müstəqil siyasətinə xələl gətirilmədən həyata keçirilsin. Bu müstəvidə Azərbaycan zəruri problemlərin ilk növbədə məhz dövlətin öz maraqlarına hörmət və dəyər əsasında həlli baxımından bir sıra ölkələr üçün nümunəyə çevrilmişdir.
 
Təsadüfi deyil ki, Qazaxıstan prezidenti Azərbaycana dövlət səfəri zamanı “böyük tarixi zəfərə” və “tarixi həqiqətin bərpasına” xüsusi diqqət yetirib. Əlbəttə, Kasım-Jomart Tokayev Azərbaycanın dövlət suverenliyini bərpa etməsini bədahətən “tarixi” sözü ilə birlikdə istifadə etməyib. Onun fikrincə, bu, prezident İlham Əliyevin səylərinin “təbii nəticəsidir”.
Beləliklə, bəzi dövlətlərin beynəlxalq hüququ açıq və kobud şəkildə pozduğu bir zamanda Azərbaycan dünyaya haqlı üsullarla məqsədlərə nail olmağın misalını təqdim edir ki, bu da ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verməyə bilməz. Bu uğurlarlı rəğbətlə qarşılayanlar varsa, təbii ki, bəyənməyənlər də mövcuddur, amma tədricən reallıqlar istənilən halda hamı tərəfindən qəbul olunur.
ABŞ prezidenti Cozef Baydenin Novruz bayramı ilə bağlı İlham Əliyevə təbrik məktubunda və NATO-nun baş katibi Yens Stoltenberqin dövlət başçısı ilə danışıqlardan sonra verdiyi bəyanatda yer alan ayrı-ayrı çalarları sezməmək mümkün deyil. Belə ki, Ağ Ev rəhbəri Vaşinqton administrasiyasının “regional əlaqələri təşviq etmək və iqtisadi inkişafı genişləndirmək üçün” rəsmi Bakı ilə birgə işləmək planlarını açıqlayıb.
Şimali Atlantika Alyansının lideri isə enerji təhlükəsizliyinin müxtəlif istiqamətləri üzrə Bakı ilə müzakirələrinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın NATO-nun Avropadakı əsas müttəfiqlərini qaz, eləcə də gələcəkdə elektrik enerjisi ilə təminatında “artan rolunu” qeyd edib. Diqqəti çəkən məqam Y. Stoltenberqin Cənubi Qafqazda sülh və sabitliyin təkcə bölgə ölkələri və sakinləri üçün deyil, həm də “Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün” vacibliyi barədə sözləri olub. Respublikanın alternativ enerji mənbələrinə sərmayələrinin fonunda COP29-un Bakıda keçiriləcəyini vurğulamaqla o, həm də Azərbaycanın qlobal miqyasda xüsusi rolunu qeyd edib.
Beləliklə, rəsmi Bakının qlobal məkanda vacibliyinin və hörmətinin nə qədər artdığı nəzərə çarpır. Qeyri-rəsmi olaraq “orta güc” adlandırılan dövlətlər kateqoriyasına keçən Azərbaycan öz şəxsi sanballı fikri olan, əhəmiyyəti getdikcə bölgədən kənara çıxan geosiyasi aktora çevrilir. Fransa və bir sıra təşkilatlar kimi bəzi beynəlxalq oyunçular anti-Azərbaycan relslərindən kənara çıxmasalar da, respublikanın planet miqyasında rolunun xaricdəki mühüm siyasi qüvvələr tərəfindən necə qiymətləndirildiyinin şahidiyik. Ən yeni tarix yazılmaqda davam edir.

                                                                                                                                                       KONKRET.AZскачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ