SON DƏQİQƏ

Hikmət Hacıyev Çjao İnminlə görüşdü

Tarix:

18-03-2024, 09:18

/ 2 514 dəfə oxundu.
Hikmət Hacıyev Çjao İnminlə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Çinə səfəri çərçivəsində bu ölkənin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə görüşüb.
GunAz.az xəbər verir ki, H.Hacıyev bununla bağlı “X”dəki hesabında paylaşım edib.
Görüşdə COP29-la əlaqədar qarşıda duran məsələlərlə bağlı, iqlim ədaləti, ümumi, lakin fərqli məsuliyyətlər konsepsiyası və Qlobal Cənub ölkələrinin iqlim fəaliyyətinə və yaşıl keçidə baxışları ilə əlaqədar geniş müzakirələr aparılıb.
Azərbaycanda yaşıl keçid proqramı çərçivəsində Çin şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ