SON DƏQİQƏ

Prezident Fərman imzaladı

Tarix:

2-08-2023, 14:53

/ 1 604 dəfə oxundu.
Prezident Fərman imzaladı

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (BMTSİT) arasında 2022 – 2026-cı illər üzrə Əməkdaşlıq Çərçivəsi” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Əməkdaşlıq Çərçivəsi qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyinə isə Əməkdaşlıq Çərçivəsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatına bildiriş göndərmək tapşırılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ