SON DƏQİQƏ
» » Prezident İlham Əliyev Perunun prezidentini təbrik etdi

Prezident İlham Əliyev Perunun prezidentini təbrik etdi

Tarix:

28-07-2023, 12:18

/ 1 571 dəfə oxundu.
Prezident İlham Əliyev Perunun prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb.

Məktubun mətnini təqdim edir:

"Hörmətli xanım Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Peru arasında dövlətlərarası münasibətlər xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığımız daha da genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ