SON DƏQİQƏ
» » Rusiya, Türkiyə və İran birgə əməliyyat qrupu yaradır

Rusiya, Türkiyə və İran birgə əməliyyat qrupu yaradır

Tarix:

24-01-2017, 21:14

/ 3 351 dəfə oxundu.
Rusiya, Türkiyə və İran birgə əməliyyat qrupu yaradır

Rusiya, Türkiyə və İran fevralda Astanada fəaliyyətə başlayacaq birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər.  APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.  
"Bu qrupun vəzifəsi atəşkəs rejiminə əməl olunmasına nəzarət və hər-hansı pozuntuya yol verilməməsi kimi məsələləri əhatə edəcək”, - deyə o jurnalistlərə bildirib.  
Lavrentyevin sözlərinə görə, "zərurət yarandıqda, əməliyyat qrupunun işinə həm Suriya Silahlı Qüvvələrinin, həm də silahlı müxalifətin nümayəndələri cəlb olunacaqlar”.     
"Düşünürəm ki, bu atəşkəs rejiminin möhkəmləndirilməsinə yardım edəcək”, - deyə Lavrentyev  qeyd edib. 

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər