Tarixin bütün dövrlərində
xalqımız müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunub, nəticədə zaman-zaman əraziləri
işğal olunub, dinc əhalisi qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın
minilliklər boyu formalaşmış mənəvi-dini-milli dəyərlərinə ziyan dəymiş,
torpaqlarımızın bir hissəsi əldən getmişdir. 1813-cü
il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi
indiki İranın tərkibində qalmışdır.
1991-ci ildə SSRİ-nin
dağılması ilə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, İran bu dövr ərzində
Azərbaycan əhalisinin bir qisminin şiə olmasına görə şiəlik mərkəzli siyasət
aparmış, ölkədə müəyyən qədər nüfuz sahibi olmaq və iranyönümlü ideologiyanın formalaşması
üçün illərlə vaxt, maliyyə və insan resursu sərf etmişdir. Bu dövrdə İranın
dini-ideoloji təbliğatı və İran modelli şiəlik dindarlara təlqin edilmişdir. Həmçinin İranda təhsil alan azərbaycanlıların bu illər
ərzində Azərbaycana qayıtması və ya azərbaycanlılar üçün İrandan fəaliyyət göstərmələri
İranın Azərbaycanda möhkəmlənməsi yolunda əsas elementlərdən biri olmuşdur.
Siyasi arenada Azərbaycan daim İranla olan münasibətlərini yüksək dəyərləndirmiş
və onun inkişafı üçün səy göstərmişdir. Bu Azərbaycan prezidenti İlham
Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisiyə ünvanladığı məktubda öz əksini lazım
olan səviyyədə tapıb. Həmin məktubda belə sətirlər var:
"Şübhəsiz,
tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran
dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə
yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə
iştiraka əlverişli şərait yaratmışdır. Bu baxımdan Azərbaycan Respublikası
Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam
Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur
iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya
bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi
qeyd etmək istəyirəm”.
Bu məktubda göründüyü kimi, Azərbaycan İranı özünə qonşu, dost ölkə bilsə
də, İranda bu məsələyə baxışlar fərqlidir. Belə ki, birinci Qarabağ müharibəsi
zamanı Ermənistanın Azərbaycana qarşı etdiyi işğal siyasəti nəticəsində havadarlarının
dəstəyi ilə Azərbaycan ərazisinin 20
faizini işğal etməklə, eləcə də kütləvi
terror və soyqırımlar törətməyinə etiraz olaraq (dost-qardaş) İslam ölkəsi olan
Türkiyə bu işğalı pisləyərək Ermənistanla olan sərhədlərini və diplomatik, eləcə də iqtisadi əlaqələrini dayandırdı. İslam
ölkəsi olan Pakistan Ermənistanı dövlət kimi bu günə kimi də tanımır. Bundan
başqa İslam Əməkdaşliq Təşkilatının və Beynəlxalq Təşkilatların
bəyanatları da buna tam sübutdur. Bəs İslam ölkəsi olan İran nə etdi?! Ermənistanla
olan əlaqələrini daha da genişləndirməklə onun iqtisadiyyatına dəstək verərək
bütün təminatlarını qarşıladı. Əvəzində işğal olunan ərazilərimizdə qalan dövlət
və şəxsi mülklərin daşları və başqa materialları Ermənistan tərəfindən İrana çox
ucuz qiymtə satıldı.
İkinci Qarabağ müharibəsində
İran rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Amma
İrandakı azərbaycanlılar Rusiyanın İran ərazisindən istifadə edərək Ermənistana
silah göndərdiyini bildirərək, etiraz aksiyaları
keçirsələr də, İran hökuməti bu faktı təkzib etmişdi.
44 günlük
Vətən müharibəsi zamanında İranın Ermənistanın
yanında olduğunu və öz ölkləri vasitəsilə Ermənistana silahların daşınmasının
şahidi olduq. Onlar var qüvvələrilə Ermənistana köməklik edirdilər. İranın bu
münaqişə zamanı nümayiş etdirdiyi mövqeyi sual yaradır. Necə ola bilər ki, işğal
altında olan məsçidlər dağıdılır və
onların içində İslam dinində haram hesab edilən donuzlar saxlanılır və İslam
ölkəsi olan İran buna biganə qalır?
Baxmayaraq
ki, Qərb ölkələri illərdi İrana qarşı tətbiq etdiyi sanksiyalara Azərbaycan nəyin
ki, bu sanksiyalara qoşulmamış, həmçinin beynəlxalq arenalarda İranın
maraqlarını dəstəkləmişdir. Amma İran bütün bu yaxşılıqların müqabilində bizə
düşmən mövqeyi nümayiş etdirir.
Azərbaycan
Vətən müharibəsi zamanı qalib olduqdan sonra İran öz maraqlarını müdafiə etmək üçün Cənubi Qafqaz regionunda daha təşəbbüskar
olmağını göstərməyə çalışmışdı. Amma bu
baxımdan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini sözdə qeyd etsə də əməldə
dəstəkləmədi.
Azərbaycan
Zəngəzur dəhlizinin açilması bölgə üçün nə qədər əhəmiyyətli olduğunu qeyd edərək,
İranın da bu lahiyyədə iştirakını dəstəklədiyini bildirmişdir. Azərbaycan
düşünürdü ki, İran mümkün qədər sülh ideyalarını irəli sürəcək, sərhəddə, həmçinin işğaldan azad edilmiş
ərazilərdə bərpa işlərinin həyata keçirilməsində, o cümlədən, Zəngəzur dəhlizinin
açılmasında maraqlı olduğunu göstərəcəkdir. Lakin İran bu lahiyyələri dəstəkləməkdə
maraqlı olmadı.
Maraqlıdır.
İran Zəngəzur dəhlizinin açılmasını niyə istəmir?
İran dövləti
hər zaman Azərbaycanı və Türkiyəni özünə təhtit kimi qəbul edir və düşünür ki,
quru yolların olması sözsüz Türk
dünyasının güclənməsi deməkdir. Həmçinin Azərbaycanın İran ərazisindən
Naxçıvanla olan əlaqəsini aradan qaldıracaq. Əslində kommunikasiya xətlərinin açılması prosesində İranın
da bu prosesə müəyyən dərəcədə aktiv rol alan dövlət kimi yer alması – xüsusilə
də nəqliyyat dəhlizindən birlikdə istifadəsi, həmçinin Culfa üzərindən İrana
yükdaşımaların həyata keçirilməsi və başqa məsələlər də bütövlükdə müzakirə
oluna bilər.
Burada belə
bir sual ortaya çıxır. Bəs İran niyə Azərbaycanla Türkiyəni özünə təhdid hesab
edir?
Qərb ölkələri,
ABŞ və İsrail başda olmaqla iddia edirlər
ki, İran nüvə enerjisi adı altında nüvə silahı əldə etmək istəyir, bu da gələcəkdə
Qərb ölkələri üçün təhdid deməkdir. Bildiyimiz kimi Türkiyə NATO ölkəsidir və
Azərbaycan Türkiyə ilə qardaş ölkədir, həmçinin
İran ərazisində 35. 000 000 azərbaycanlı yaşayır, İranda anlayır ki,
bu ölkələrlə müharibə edərsə, orada yaşayan azərbaycanlılar öz qardaşları ilə
döyüşməyəcək. Bax, buna görə də İran bu ölkələri özünə regional, siyasi müstəvidə
təhlükə kimi görür.
Eyni regionda
sülhün pozulması əslində heç bir tərəfə sərf etmir: Həm İran-Amerika arasında illərdir davam edən
soyuq müharibə, tətbiq olunan sanksiyalar, həm Rusiyanın hazırkı Ukrayna ilə
olan münasibəti, həm də Türkiyənin Yaxın Şərq ölkələri ilə münasibəti, Azərbaycan-Ermənistan
münasibətləri və sairə. Ancaq biz
inanırdıq ki, qonşu və dost ölkə İran öz siyasi kursunu dəyişərək. Azərbaycanla
olan əməkdaşlıq əlaqələri daha da dərinləşəcək və strateji tərəfdaşlıq səviyyəsi
yüksələcək. Əfsus ki, bu olmadı...
İranda son vaxtlar etiraz
dalğaları ən yüksək həddə çatıb. Bu etiraz aksiyaları barədə onu deyə
bilərəm ki, 22 yaşlı kürd qızı Məhsa
Emininin polis tərəfindən qətlə yetirilməsindən sonra başlamış və onun ardınca
bir neçə azərbaycanlı qızların, oğlanların
da qətlə yetirilməsi bu aksiyanı daha da genişləndirmiş və hal-hazırda bu aksiyalar bütün ölkəni bürüməkdədir. Bir neçə gəncin
öldürülməsi bu cür aksiyalara səbəb ola bilərdimi?! Əlbəttə ki, xeyr! Bu hadisə
təsadüfən törədilsəydi, bunu törədən polislər cinayət məsuliyyətinə cəlb edilməklə,
məsələ öz həllini tapmış ola bilərdi. Lakin hakimiyyətin polisə verdiyi səlahiyyətlər
və insanların hüquqlarını məhdudlaşdırılması bu aksiyaların geniş miqyaslı olmasına
təkan yaratdı. Beynəlxalq təşilatlar, eləcə də, dövlətlər İran hakimiyyətinə
çağırışlar edərək insanların sərbəst toplaşma azadlıqlarına hörmətlə yanaşmalarını
tələb edirlər. Bu çağırışlara baxmayaraq, İranda aksiya zamanı dinc sakinlərə açılan atəş böyük
etirazlara səbəb olmuşdur. Almaniyanın xarici işlər naziri Baerbok
açıqlamasında Almaniya və Avropa İttifaqının İran İnqilabı Keşikçiləri
Korpusunu terror təşkilatı kimi təsnif etməyi nəzərdən keçirdiyini açıqlayıb. Qeyd
edim ki, ABŞ Dövlət Departamenti 2019-cu il aprelin 15-də İran İnqilab
Keşikçiləri Ordusunu "xarici terror təşkilatları” siyahısına daxil
edilmişdi. İran hakimiyyəti xalqın tələblərini
yerinə yetirmədikcə etirazlar geniş vüsət alacaq, bu
da İran hakimiyyətinin beynəlxalq səviyyədə nüfuzunu itirəcəyinə, həmçinin
hakimiyyətin sonuna gətirib çıxarmağa səbəb olacaq. Deməli, biz tezliklə İranda
böyük çevrilişin olacağını görəcəyik. Cənubda yaşayan soydaşlarımız molla
rejimindən azad olub, öz dövlətlərini quracaqlar. Bu işdə biz də sehirçi kimi
qalmamalıyıq və cənubdakı bacı-qardaşlarımıza necə lazımdırsa köməklik etməliyik.
Qoy İrandakı molla rejimi də görsün ki, düşmənlərimiz olan ermənilərə 1988-ci
ildən başlayaraq kömək etməyin, onlara silah-sursat vermələrinin, məscidlərimizdə
donuz saxlamalarına göz yummalarının və 2022-ci ilin 1 noyabr tarixindən ermənilərə
qaz istehsalını iki dəfə artırmalarının cavabı yalnız belə olmalıdır. Qafqazda
və regionda artıq Azərbaycanla
hesablaşmağın vaxtıdır.
Emin NƏBİYEV,
hüquqşünas
скачать dle 12.1