İranın Azərbaycana olan düşmən münasibəti

Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunub, nəticədə zaman-zaman əraziləri işğal olunub, dinc əhalisi qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış mənəvi-dini-milli dəyərlərinə ziyan dəymiş, torpaqlarımızın bir hissəsi əldən getmişdir. 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi indiki İranın tərkibində qalmışdır.
"Şübhəsiz, tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaratmışdır. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm”.
İkinci Qarabağ müharibəsində İran rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Amma İrandakı azərbaycanlılar Rusiyanın İran ərazisindən istifadə edərək Ermənistana silah göndərdiyini bildirərək, etiraz aksiyaları keçirsələr də, İran hökuməti bu faktı təkzib etmişdi.
44 günlük Vətən müharibəsi zamanında İranın Ermənistanın yanında olduğunu və öz ölkləri vasitəsilə Ermənistana silahların daşınmasının şahidi olduq. Onlar var qüvvələrilə Ermənistana köməklik edirdilər. İranın bu münaqişə zamanı nümayiş etdirdiyi mövqeyi sual yaradır. Necə ola bilər ki, işğal altında olan məsçidlər dağıdılır və onların içində İslam dinində haram hesab edilən donuzlar saxlanılır və İslam ölkəsi olan İran buna biganə qalır?
Azərbaycan Vətən müharibəsi zamanı qalib olduqdan sonra İran öz maraqlarını müdafiə etmək üçün Cənubi Qafqaz regionunda daha təşəbbüskar olmağını göstərməyə çalışmışdı. Amma bu baxımdan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini sözdə qeyd etsə də əməldə dəstəkləmədi.
Azərbaycan Zəngəzur dəhlizinin açilması bölgə üçün nə qədər əhəmiyyətli olduğunu qeyd edərək, İranın da bu lahiyyədə iştirakını dəstəklədiyini bildirmişdir. Azərbaycan düşünürdü ki, İran mümkün qədər sülh ideyalarını irəli sürəcək, sərhəddə, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin həyata keçirilməsində, o cümlədən, Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərəcəkdir. Lakin İran bu lahiyyələri dəstəkləməkdə maraqlı olmadı.
Maraqlıdır. İran Zəngəzur dəhlizinin açılmasını niyə istəmir?
İran dövləti hər zaman Azərbaycanı və Türkiyəni özünə təhtit kimi qəbul edir və düşünür ki, quru yolların olması sözsüz Türk dünyasının güclənməsi deməkdir. Həmçinin Azərbaycanın İran ərazisindən Naxçıvanla olan əlaqəsini aradan qaldıracaq. Əslində kommunikasiya xətlərinin açılması prosesində İranın da bu prosesə müəyyən dərəcədə aktiv rol alan dövlət kimi yer alması – xüsusilə də nəqliyyat dəhlizindən birlikdə istifadəsi, həmçinin Culfa üzərindən İrana yükdaşımaların həyata keçirilməsi və başqa məsələlər də bütövlükdə müzakirə oluna bilər.
Burada belə bir sual ortaya çıxır. Bəs İran niyə Azərbaycanla Türkiyəni özünə təhdid hesab edir?
Qərb ölkələri, ABŞ və İsrail başda olmaqla iddia edirlər ki, İran nüvə enerjisi adı altında nüvə silahı əldə etmək istəyir, bu da gələcəkdə Qərb ölkələri üçün təhdid deməkdir. Bildiyimiz kimi Türkiyə NATO ölkəsidir və Azərbaycan Türkiyə ilə qardaş ölkədir, həmçinin İran ərazisində 35. 000 000 azərbaycanlı yaşayır, İranda anlayır ki, bu ölkələrlə müharibə edərsə, orada yaşayan azərbaycanlılar öz qardaşları ilə döyüşməyəcək. Bax, buna görə də İran bu ölkələri özünə regional, siyasi müstəvidə təhlükə kimi görür.
Eyni regionda sülhün pozulması əslində heç bir tərəfə sərf etmir: Həm İran-Amerika arasında illərdir davam edən soyuq müharibə, tətbiq olunan sanksiyalar, həm Rusiyanın hazırkı Ukrayna ilə olan münasibəti, həm də Türkiyənin Yaxın Şərq ölkələri ilə münasibəti, Azərbaycan-Ermənistan münasibətləri və sairə. Ancaq biz inanırdıq ki, qonşu və dost ölkə İran öz siyasi kursunu dəyişərək. Azərbaycanla olan əməkdaşlıq əlaqələri daha da dərinləşəcək və strateji tərəfdaşlıq səviyyəsi yüksələcək. Əfsus ki, bu olmadı...
Emin NƏBİYEV,
hüquqşünas