SON DƏQİQƏ
» » AXC və Müsavat birliyi sınaqdan uğurla çıxa bilmədi

AXC və Müsavat birliyi sınaqdan uğurla çıxa bilmədi

Tarix:

10-03-2021, 09:07

/ 4 256 dəfə oxundu.
AXC və Müsavat birliyi sınaqdan uğurla çıxa bilmədi

Azərbaycan torpağı zaman-zaman sərvəti ilə çoxlarının gözünə qılınc olub batmış, dəfələrlə işğala məruz qalmış, ancaq yenə də mübariz övladları sayəsində dikəlmiş, üsyan etmişdir.

Ötən əsrin əvvəllərində baş verən milli azadlıq hərəkatı bunun bariz nümunəsidir. Xalq əsarətə dözmədi, meydan hərəkatı başlandı və bu, 20 Yanvar faciəsi ilə nəticələndi. Lakin məğrur xalqımız daha da gücləndi, nəhayət, müstəqillik qazandıq. Bu müstəqillik 20 Yanvar şəhidlərinin qanı ilə cücərdi, əldə edildi. Məhz bu zamanlar müxtəlif təşkilatlar meydana gəldi. Lakin bu partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi.

AXC Müsavat hakimiyyətinin fəsadları, YAP-ın yaranması 1911-ci ildə yaranmış Müsavat partiyası yaranarkən öz qarşısına Azərbaycan xalqı üçün demokratik vəzifələr qoymuşdur. Müxtəlif illərdə bu vəzifəni Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları bu vəzifəni şərəflə yerinə yetirmişdilər. Uzun illər Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi uğrunda mübarizə apardılar. 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranması buna əyani sübutdur. 1991-ci il 18 oktyabrda Azərbaycanın dövlət müstəqilliyi elan edildi. Lakin Müsavat partiyası özünü Azərbaycan Xalq Cəbhəsi elan etdi. Bundan sonra onun ziddiyyətli mərhələsi başlanmışdır. Artıq bu dövrdə Azərbaycanda I Qarabağ müharibəsi gedirdi. AXC və Müsavat partiyası hakimiyyət uğrunda mübarizəyə qoşuldu. Lakin bu partiya sınaqdan uğurla çıxa bilmədi. Torpaqlarımız ard-arda işğal olunurdu. 1992-ci ildə AXC hakimiyyətə gəldi. Onların arasındakı inamsızlıq Qarabağ müharibəsində acınacaqlı məğlubiyyətlərlə nəticələnirdi. Şuşanın, Laçının işğalı bu iqtidarın fəaliyyətsizliyini göstərdi. Onlar heç bir vəchlə Heydər Əliyevi Azərbaycana yaxınlaşmağa qoymurdular. Lakin xalq dəfələrlə Heydər Əliyevə müraciət edərək, onu Azərbaycana dəvət etmişdir. Bu dövrdə döyüş qrupları arasında heç bir əlaqə yox idi. İsa Qəmbər və onun tərəfdaşları dövləti oyuncağa çevirmişdi. Müsavat və AXC birliyinin ən böyük fəsadı Azərbaycan torpaqlarının işğalı, xalqın onlara qarşı inamsızlığı ilə nəticələndi.

1993-cü il iyun ayının 15-də xalq öz böyük oğlunu Azərbaycana dəvət etdi. Bununla da Azərbaycan Respublikasının həyatında yeni dövr başlandı. Xalqın inamı böyük rəhbərlik təcrübəsi xalqımızın qüdrətini özünə qaytardı.

 

 Elza İmanova

Sabunçu qəsəbəsi, Cəlal Məmmədyarov adına 155 nömrəli məktəbin

tarix müəllimi 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ