SON DƏQİQƏ

Xalq-iqtidar birliyi

Tarix:

19-11-2020, 15:24

/ 5 764 dəfə oxundu.
Xalq-iqtidar birliyi

Ölkəmizdə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. Qonşu dövlətlərdə, ələlxüsus, işğalçı rejimin hakimiyyəti altında olan Ermənistanda isə iflas tendensiyasının davam etdiyi, əhalinin acınacaqlı hala düşdüyü məqamda, hökumətə qarşı əhalinin sərt çıxışları olduğu halda, bütün qlobal layihələrin, sosial siyasətin və inkişafın fonunda Azərbaycan xalqının hakim partiyaya və ölkə rəhbərinə olan etimadı başadüşüləndir. Bu gün Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi 20 ölkə arasındadır. "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyada Azərbaycanın dünyada ilk 20 ölkə arasında qərarlaşması birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Obyektiv sorğu nəticəsində, Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad isə inkişafı, ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir.

Prezidentin dediyi kimi iqtisadi islahatlar dərin və köklü olmaqla yanaşı, həm də nəticələr verib. Xarici şokların mənfi təsirinə baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalq-iqtidar birliyi daha da dərinləşib. "Adətən böhran zamanı digər ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik nəinki qorunub, həm də möhkəmlənib. Məhz bu sabitliyin nəticəsidir ki, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar iqtidarın siyasətinə etimad göstərirlər.

Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında əsas diqqət göstərdiyi məsələ bütün uğurlara yol açan sabitlik amilidir. Son 14 ildən artıq dövr ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyev həyata keçirdiyi siyasətin önündə sabitliyin, təhlükəsizliyin qorunmasını saxlayaraq bildirir ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bir məqamı da nəzərə alsaq ki, demokratiya sabitliyin və qanunun aliliyinin təmin olduğu şəraitdə inkişaf edir, bu halda Azərbaycanın uğurları təqdirəlayiqdir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir.

Siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması davamlı uğurlara yol açır."Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, vətəndaş cəmiyyəti quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının rolunun artırılması üçün 30 faizdən artıq maliyyəsini xaricdən alan ictimai birliklərin seçkiləri izləmələrinə qoyulan qadağanın aradan qaldırılması və s. kimi önəmli tədbirlər bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanın demokratiya təcrübəsi bir nümunədir.

Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, dövlət xidmətlərinin keyfiyyətinin daim artırılması, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir. Məhz buna görə də, geniş ictimaiyyətin dövlətə olan inamı, xalqla iqtidar birliyi günü-gündən möhkəmlənir və elə bu səbəbdən, hakimiyyət haqlı olaraq, ictimai dəstəyə arxalanır.

Abdulkərimova Samiyə,

12 saylı Şəhər Poliklinikasının baş həkimi


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ