SON DƏQİQƏ

Tünzalədən sonra Xatirə və Natavanla barışdı

Tarix:

15-04-2019, 12:46

/ 10 514 dəfə oxundu.
Tünzalədən sonra Xatirə və Natavanla barışdı

Müğənni Xatun Əliyeva bir çox küsülü olduğu həmkarları ilə barışıb. 

GunAz.az-ın məlumatına görə, sənətçi ilk olaraq əməkdar artist Tünzalə Ağayeva ilə küsülülüyə son qoymasından bəhs edib:

"Səhnədə idik, gözəl ab-hava var idi. İkimizin də əhvalı yaxşıydı. Pənah Eldaroğlunun (Xatunun köməkçisi - red.) Yalçınla (T.Ağayevanın prodüseri - red.) gözəl münasibəti var. Bu barışığa da səbəb o, oldu". 

Xatun müğənni Natavan Həbibiyə də barışıq əli uzadıb:

"Natavan Həbibi ilə də özümü küsülü hesab etmirəm. Fikirləşirəm ki, sağ-salamat ana olsun, onu təbrik edərəm. Dua da edirəm ona". 

Sənətçi həmkarı Xatirə İslamla da barışıb. Xatun bildirib ki, küsülü olduğu bir neçə sənətçilərlə də barışacaq.

скачать dle 12.1

Şərhlər