SON DƏQİQƏ
» » "İstəyirəm dava edim, deyim ki, bəsit, ucuzsan..." -Xatun

"İstəyirəm dava edim, deyim ki, bəsit, ucuzsan..." -Xatun

Tarix:

6-03-2019, 09:03

/ 10 450 dəfə oxundu.
"İstəyirəm dava edim, deyim ki, bəsit, ucuzsan..." -Xatun

"Şou-bizneslə bağlı arzum və bədduam yoxdur. Pis insan yoxdur bu aləmdə. Görürük ki, iki insan dava edəndə, bu gedir onla, o gəlir bunla şəkil çəkdirir. Biri mənə pisdirsə, başqasına yaxşıdır".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatun Əliyeva "Hüseynova bacıları" verilişində deyib. Sənətçi son vaxtlar şou-biznesdə heç kimlə yaxınlıq etmədiyini bildirib:

"Gəlib yanımda qeybət edir, "Sən Xatunsan, o kimdir sənin yanında" deyir, səhəri foto çəkdirir qoyur. Hamıyla dava etmək olmur. Hərdən istəyirəm dava edim, ürəyimdən gəlir deyim ki, sən ucuz, bəsit, havayısan. Amma etmirəm. 

Bundan sonra bilmirəm neçə il yaşayacam, neqativlə yüklənməyim. Çalışıram özümü pozitivlikdən salmayım. Şou-biznesdə bizdən asılı olmayan hərəkətlər baş verir. Elə dostun elə hərəkət edir ki, təəccüb qalırsan. Hardasa çəkilişə gedəndə onlarla bir yerə yığışıb danışmıram, çəkilirəm kənara telefonla oynayıram. Biri küsən kimi, şəkil çəkir İnstaqrama qoyur. Mən kiminsə yanından çıxanla foto çəkdirib özümü sakitləşdirən adam deyiləm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ