SON DƏQİQƏ
» » Məşhur türkiyəli reperin Bakı konserti ləğv olundu

Məşhur türkiyəli reperin Bakı konserti ləğv olundu

Tarix:

23-02-2019, 23:23

/ 10 468 dəfə oxundu.
Məşhur türkiyəli reperin Bakı konserti ləğv olundu

Türkiyənin “Çukur” serialında səsləndirilən “Heyecanı yok” adlı mahnının ifaçısı Anıl Acar (Gazapizm) bu gün Bakıda konsert proqramı ilə çıxış etməli olsa da, konsert baş tutmayıb.

GunAz.az xəbər verir ki, məşhurun konserti təxirə salınıb.

Gazapizm bu haqda özünün “Instagram” səhifəsində yazıb:

“Türk Hava Yolları”nda yaranan texniki nasazlıqla bağlı uçuşumuz ləğv olunduğuna görə, Bakı konsertinə gələ bilmirik. Ən qısa zamanda yeni bir tarix təyin edib, konsertə gələcəyik”.

Qeyd edək ki, Anıl Acar 45-ci “Altın Kelebek” mükafatının təqdim edilməsi mərasimində “Ən yaxşı musiqi” nominasiyasında qalib olub.

скачать dle 12.1

Şərhlər