SON DƏQİQƏ

Emin bu ölkədə ilk dəfə konsert verdi - Foto

Tarix:

12-05-2018, 09:14

/ 10 442 dəfə oxundu.
Emin bu ölkədə ilk dəfə konsert verdi - Foto

Tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin ilk dəfə Qazaxıstanın Astana şəhərində konsert verib.

Kult.az xəbər verir ki, o, “Qazaxıstan” mərkəzi konsert zalında “Bumeranq 2018” adlı konsertdə yeni “̌Prosti, moya lyubov” (“Bağışla, məhəbbətim”) adlı albomundan kompozisiyalar ifa edib. Bundan başqa, albomunda yer alan “Still”, “Ryadom prosnutsa”, “Ya luçşe vsex jivu”, “Bumeranq”, “Good Love” və “Amor” adlı yeni mahnılarını da oxuyub.

Emin ustadı hesab etdiyi məşhur azərbaycanlı müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin “Sinyaya veçnost” mahnısını da ifa edib. Onun ifasında bu mahnı tamaşaçıların böyük rəğbətinə səbəb olub.

Müğənni mayın 12-də Almatıda Respublika Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.

 

Emin bu ölkədə ilk dəfə konsert verdi - Foto

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ