SON DƏQİQƏ
» » Havaya görə Azərbaycan klublarının oyunları ləğv olundu

Havaya görə Azərbaycan klublarının oyunları ləğv olundu

Tarix:

24-01-2019, 19:17

/ 10 259 dəfə oxundu.
Havaya görə Azərbaycan klublarının oyunları ləğv olundu

Antalyada təlim-məşq toplanışında olan futbol klublarımızdan ikisinin oyunu ləğv olunub.

GunAz.az xəbər verir ki, “Səbail” Qazaxıstanın “Kaysar” komandası ilə oyuna başlasa da, güclü dolu səbəbindən matç yarımçıq dayandırılıb və ləğv edilib.

Həmçinin, saat 18:00-da baş tutmalı “Qəbələ” – “Fakel” (Rusiya) görüşü əlverişsiz hava şəraiti səbəbindən ləğv olunub.

Qeyd edək ki, “Səbail” bu gün Bakı vaxtı ilə saat 12:00-da Braziliyanın “Rasa” klubuna 3:2 hesabı ilə qalib gəlib. Komandamızdan qolları Orxan Qurbanlı (2) və Aqşin Qurbanlı vurub. 

скачать dle 12.1

Şərhlər