SON DƏQİQƏ
» » Məşhur müğənnidən həyat yoldaşına MÖHTƏŞƏM JEST

Məşhur müğənnidən həyat yoldaşına MÖHTƏŞƏM JEST

Tarix:

24-08-2018, 13:49

/ 10 367 dəfə oxundu.
Məşhur müğənnidən həyat yoldaşına MÖHTƏŞƏM JEST

Türkiyənin sevilən müğənnisi Kenan Doğulu yeni albomunda yer alan "Yosun" adlı mahnısını həyat yoldaşı tanınmış aktrisa Beren Saata həsr etdiyini deyib.

GunAz.az xəbər verir ki, o, bu sözləri "NTV" telekanalında xüsusi bayram proqramında qonaq olarkən deyib. Kənan Doğulu bu mahnının sözlərini Beren Saatı ağlayarkən gördüyü zaman bir anda qələmə aldığını deyərək "Yosun" mahnısının hekayəsini belə ifadə edib:

"Yosun gözlərinə qurbanam, üzün gülənə qədər əmrindəyəm". Bu sıradan deyilmiş sözlər deyildir. Biz bir-birimizi bəsləyirik, nöqsanlarımızı göstərib bir-birimizi tamamlamağa çalışırıq. Çox xüsusi, özəl münasibətimiz var. Mahnının sözləri də bir anda Berenin ağladığını gördüyüm gün ağlıma gəldi. Bir nəfəsdə yazdım.Yosun gözləri ilə hər zaman zarafatlar edərdim, amma heç ağlıma da gəlməzdi ki, bir gün o gözlərə belə bir mahnı yazaram. Mahnıya qulaq asanda çox təsirləndi. Onun duyğuları hər zaman gözlərindən bəlli olur. Berenin içinin gözlərindən duyulduğu anlar vardır, mahnını dinlədiyində də elə oldu".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ