Gunaz.az xəbər verir ki, əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan münsiflər heyətindən gedib. Təşkilatçıların qərarı ilə bəstəkarı “Xalqın şairi” layihəsində xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova əvəzləyəcək.

ARB TV-dən əldə olunan məlumata görə, artıq yeni heyətdə olan müsabiqənin çəkilişləri də aparılıb.

Qeyd edək ki, “Xalqın şairi”adlı müsabiqədə şairlik istedadı, şeir demək bacarığı olan şəxslər yarışır.

Layihənin qalibini ev mükafatı gözləyir.