SON DƏQİQƏ

Zamiq həmin verilişləri bəyənmir

Tarix:

17-06-2025, 09:17

/ 2 478 dəfə oxundu.
Zamiq həmin verilişləri bəyənmir

Müğənni Zamiq Hüseynov verilişlərə getməməsinin səbəbini açıqlayıb.
GunAz.az xəbər verir ki, 106.3 FM-də Kazım Sübhanının qonağı olan sənətçi onları bəyənmədiyini deyib:
"Çox verilişə getmirəm. Çoxlarını bəyənmirəm. Çoxlarını bəyənirəm və onlara qatılıram".
Zamiq bəzi sənətçilərin özünü ona bənzətməsindən söz açıb:
"Çalışıram Zamiq fərqli olsun. Zamiq tərzdə ifaçılar çoxdur: geyim, ifa tərzi ilə oxşatmağa çalışırlar. Bu da yaxşı örnəkdir. Bir vaxtlar Zamiq də çalışıb hansısa müğənniyə oxşasın: İlqar Muradovun duruşu, xarakterini sevmişəm. Eyyub Yaqubov üçün ürəyim gedir".
Z.Hüseynov bəzi yeni ifaçıların sənətkarlara etdiyi hörmətsizlikdən danışıb: 
"Səhnədə elə təkəbbürlüdürlər ki... Biz böyükləri görəndə çalışırdıq gizlənək. Ayaqüstə dururduq. Heç kimə cavab vermirəm, buna ehtiyacım yoxdur. 8 yaşında toz-topağın, fəryadın içindən çıxan uşaq "Zəfər yolu" ilə ora qayıtdı. Bu, qürurdur".
скачать dle 12.1

Şərhlər