SON DƏQİQƏ

Nigar yenə Şəbnəmə lağ etdi - Video

Tarix:

10-06-2025, 20:33

/ 2 508 dəfə oxundu.
Nigar yenə Şəbnəmə lağ etdi - Video

Müğənni Nigar Camal yenə həmkarı Şəbnəm Tovuzluya söz atıb. 
GunAz.az xəbər verir ki, "afaqla 10lar" verilişində aparıcı Afaq Gəncəli müğənni Samir Piriyevə sual ünvanlayıb. 
Afaqın "Bu məşhurlardan hansı Nigarın yanına gəlib bir neçə fənd öyrənmək istəsə, özü onları yıxar: Roza Zərgərli, Nərmin Kərimbəyova, yoxsa Şəbnəm Tovuzlu" sualına Nigar "Kataqoriya (Şəbnəm açıqlamalarından birində kateqoriya sözünü səhvən "kataqoriya" deyib - red.)" cavabını verib. 
Samirin "Şəbnəmlə aranızda nəsə olub" sualını təsdiqləyən Nigar "Kataqoriyadır da. Heç nə" reaksiyasını verib. 
Qeyd edək ki, ifaçılar arasındakı qalmaqala səbəb Şəbnəmin kəməri tərs taxması idi. Nigar onun bu hərəkətini ələ salmışdı. Ondan sonra Şəbnəm və Nigar dəfələrlə bir-birinin ünvanına tənqidlər səsləndirib. Daha sonra isə Şəbnəmin duet təklifinə Nigar janrlarının uyğun olmadığını deyərək, imtina etmişdi. 
скачать dle 12.1

Şərhlər