SON DƏQİQƏ
» » "Qızım soruşurdu ki, atamın yanındakı qadın kimdir?" - Video

"Qızım soruşurdu ki, atamın yanındakı qadın kimdir?" - Video

Tarix:

3-06-2025, 20:49

/ 2 558 dəfə oxundu.
"Qızım soruşurdu ki, atamın yanındakı qadın kimdir?" - Video

Müğənni Vəfa Şərifova evli kişi ilə eşq yaşaması iddialarına cavab verib. 
GunAz.az xəbər verir ki, sənətçi "Tarixin bir günü" proqramında uşaqlarının atasının həyat yoldaşı ilə yayılan videosundan söz açıb:
"İllərdir bu məsələyə görə qınanılıram. Övladım mənə sual verdi ki, atamın yanındakı qadın kimdir? Başqa bir qadını da incitmək istəmirdim. Bunun gündəmə gəlməsinin səbəbkarı deyiləm. Övladımın atası tələb edir ki, efirə çıxanda deyim ailəliyəm. Onun bir sözünü iki etməmişəm. Bütün ailəm, dostlarım bilir. İstəyib, demişəm. Sonra başladılar adını, videosunu, övladının toyundan görüntü yaydılar. Bu aləmdə olmayan bir qadının görüntüsünü yaydılar. Biri yaxşı, biri pis yazdı. Onun da övladları var, hamıya pis təsir etdi. İnsanların psixologiyasını pozmaq olmaz. Övladım mənə sual verdi, aylarla özümə gələ bilmədim. Allah heç bir ananı o duruma düşürməsin".
Proqramın aparıcısı Tarix Əliyev isə bildirib ki, Vəfa 3 aydır uşaqlarının atası ilə küsülüdür. 
Qeyd edək ki, Vəfa iş adamı Famil Xəlilovla eşq yaşayıb. Onun bu nikahdan iki övladı var.  

скачать dle 12.1

Şərhlər