
Kann Film Festivalının təşkilatçıları 78-ci dəfə keçiriləcək tədbirin dress-kod qaydalarına dəyişiklik ediblər.
GunAz.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Qeyd olunub ki, qonaqlara qırmızı xalçada açıq-saçıq paltar geyinmək qadağan edilib.
Qonaqlara xəbərdarlıq edilib ki, əgər onlar uyğun olmayan libaslar geyinsələr, tədbirə buraxılmayacaqlar. Onlar həmçinin qırmızı xalçada və ya zalda hərəkətə mane ola biləcək uzun və həcmli paltarlar geyinməyi də qadağan ediblər.
Qeyd edək ki, kinofestival sabah start götürəcək və mayın 24-dək davam edəcək.