SON DƏQİQƏ

Prezidentdən bu məscidlə bağlı - Sərəncam

Tarix:

5-05-2025, 13:34

/ 2 608 dəfə oxundu.
Prezidentdən bu məscidlə bağlı - Sərəncam

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.
GunAz.az xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.
скачать dle 12.1

Şərhlər