SON DƏQİQƏ

Bu qidalar yuxu problemini aradan qaldırır

Tarix:

11-02-2021, 19:20

/ 5 930 dəfə oxundu.
Bu qidalar yuxu problemini aradan qaldırır

Yuxu insan sağlamlığı üçün ən vacib şərtdir.

Keyfiyyətli yuxu gün ərzində gümrah və enerjili olmağımıza, streslərə tab gətirməyimizə kömək edir. Yaxşı yuxu isə həm də gün ərzində yediklərimizdən asılıdır.

Bəzi qidalar tərkibindəki maddələr sayəsində beynimizi dincəldir, bədənimizi yuxuya hazırlaşdırır. İstiPress yuxusuzluqdan əziyyət çəkənlərə faydalı olacaq bəzi məshulları təqdim edir:

1. Glisemik indeksi yüksək olan qidalar qan şəkəri və insulini tənzimləyir. Yuxuya getmə müddətini qısaldır. Əslində insulinin yüksəlməsi yaxşı deyil. Amma yuxusuzluqdan əziyyət çəkdiyiniz hallarda triptofan hormonunun beynə getməsinə kömək edə bilər.

2. Süd məhsullarındakı kalsium triptofanı fəallaşdırır. Yəni bir dilim pendir yatmamışdan öncə sizə faydalı ola bilər.

3. Badam maqneziumla zəngin çərəzdir. Bu həm yuxunun keyfiyyətini artırır, həm də sümükləri gücləndirir. Bədəndə maqneziumun azalmasının yuxusuzluğa səbəb olduğu elmi araşdırmalarla təsdiqlənib.

4. Düyü də yuxuya getmə müddətini azaldır. Buna səbəb tərkibindəki qlisemik indeksidir.

5. Bir stəkan albalı suyu daha rahat yatmağa kömək edə bilər. Çünki albalı melatonin ifrazını artırır.

6. Kahının suyundakı laktukar adlı maddə sakitləşmə effekti verir. Bu məhsulu həm salat kimi yeyeə bilər, həm də 15 dəqiqə isti suda saxlayaraq şirə kimi içə bilərsiz.

7. Balıqların tərkibi onlarla vitamin, mineralla boldur. Həm də onlarda ən azı sarımsaq və fıstıq qədər B6 var.

8.Balın tərkibindəki təbii şəkər insulini az artırır, triptofanın beynə girişini asanlaşdırır. Yatmazdan öncə bir qaşıq bal daha rahat yuxuya getməyə kömək edəcək.

9. Noxut da yaxşı triptofan qaynağıdır.

10. Çobanyastığı çayı əsəbləri sakitləşdirir, əzələləri genişləndirir. Yəni ən təbii sakitləşdiricidir.


скачать dle 12.1

Şərhlər