SON DƏQİQƏ

Rahatlıq tapmanın ƏN ASAN YOLLARI

Tarix:

11-04-2018, 09:15

/ 10 662 dəfə oxundu.
Rahatlıq tapmanın ƏN ASAN YOLLARI

Çalışarkən özümüzü itiririk və gün bitəndə demək olar ki, bütün enerjimizi də sərf etmiş oluruq. Bu səbəblə evə çatanda qolumuzu qaldıracaq halımız qalmır. Halbuki gün ərzində görəcəyimiz bir neçə rahatlatıcı hərəkətlə bunun öhdəsindən gəlmək və enerjini düzgün idarə etmək mümkündür. Gunaz.az bunun asan yollarını sizə təqdim edir:

 

Səhərlər yaxşı qidalanın.

 

Səhərlər 5 dəqiqə daha çox yatmaq uğrunda çoxumuz səhər yeməyini yemirik. Ancaq səhər yeməyi günün ən vacib payıdır. Bu səbəblə ilk növbədə hər gün gözəl bir yemək hazırlayaraq günə başlamağı vərdiş halına gətirin. Gün içərisində enerjiniz nə qədər dəyişdiyini hiss edəcəksiniz.

 

Əyləncəli bir sayta girin.

Gün ərzində stress səviyyəniz arta bilər. Belə zamanlarda dərhal balaca bir ara verin və özünüzü əyləncəli bir sayta atın. Burada görəcəyiniz qısa, amma gülməli bir video ya da duyğularınızı hərəkətə keçirəcək bir məzmun da stress və narahatlığınızı azaldır və sizə yeniləyir.

 

Əsnəyin, hərəkət edin.

Masa başında bütün günü oturmaq sizi həm gərgin edir həm də qan dövranını ləngidir. Bu da təbii olaraq uğurunuzu salır. Bunun əvəzinə stol başından qalxın, əsnəyin və hərəkət edin. Görəcəyiniz ən sadə dartılma hərəkətləri belə enerjiniz yenidən yerinə gəlməsini təmin edəcəkdir.

 

Yağların gücündən istifadə edin.

Nə varsa təbiətdə var, bunu hamımız bilirik. O halda təbiətin bizə bəxş etdiyi o gözəl qoxulu sakitləşdirici yağları niyə ofisdə də istifadə etməyək ki? Sizi rahatlaşdıracaq lavada, portağal, berqamot kimi yağları masanıza alın və arada bir bunlarla əllərinizə masaj edin.

 

Qeyri-sağlam qıdalanmalardan uzaq olun.

Ofisin əjdahaları atıştırmalıklardır. Bu səbəblə hər bir qaçış yerinizdə qeyri-sağlam və sizi daha da dibə çəkəcək atıştırmalıklardan uzaq durun. Bir anda enerji verib sonra sizə əldən salacaq yüksək və süni şəkərlərdən xüsusilə uzaq durmalısınız.

 

İş yerinizi dekor edin.

 

Necə bir yerdə işləməniz pisxoloji  təsiri böyükdür. Bu səbəblə stolunuzu özünüzə xüsusi bir şəkildə bəzəyin. Qoyduğunuz bəzəklər sizin içinizi açacaq və rahatlaşdıracaq şeylərdən yaranmalıdır.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ