Rusiyalı diyetoloq Olqa Yamilova gündə nə qədər gilas yeməyin tövsiyə olunduğunu açıqlayıb.
GunAz.az bu barədə “lenta.ru”ya istinadla xəbər verir.
Onun sözlərinə görə, böyüklər üçün gündəlik optimal gilas porsiyası 150-300 qram təşkil edir. Uşaqlar üçün isə bu norma daha azdır: yeddi yaşdan yuxarı uşaqlara 200 qrama qədər, üç yaşdan yeddi yaşadək uşaqlara 80-100 qram, bir yaşdan üç yaşadək uşaqlara isə 30-50 qram gilas yeməyə icazə verilir.
“Gilas antosianinlər, kalium və C vitamini ilə zəngindir, orta miqdarda istifadə edildikdə ürək, damarlar və immunitet üçün faydalıdır”, — deyə Yamilova əlavə edib.
Bununla yanaşı, diyetoloq qeyd edib ki, şəkərli diabet və insulinrezistentliyi olan şəxslər qidalanmada gilasın miqdarına xüsusilə nəzarət etməlidirlər, çünki bu giləmeyvənin tərkibində çoxlu fruktoza var. Bundan əlavə, mütəxəssis həddindən artıq istifadə zamanı gilasın işlədici təsir göstərdiyini də xatırladıb.