SON DƏQİQƏ

Saxta spirtli içkilərin hansı FƏSADLARI VAR?

Tarix:

4-06-2024, 10:31

/ 3 078 dəfə oxundu.
Saxta spirtli içkilərin hansı FƏSADLARI VAR?

Son zamanlarda spirtli içkinin təsiri altında cinayət hadisələri törədən şəxslərin sayı artmaqdadır. Təqsirləndirilən şəxslərin bir çoxu hadisənin törədərkən anlaqsız vəziyyətdə olduqlarını qeyd edirlər. Bununla yanaşı, spirtli içkidən zəhərlənənlərin də sayı xeyli çoxdur.
GunAz.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, son bir ildə ölkəmizdə etanoldan (alkoqollu içkilər) 124 nəfər zəhərlənib.
  Spirtli içki qəbul edib, xoşagəlməz əməllər törədən şəxslərin artması isə iki ehtimalı gündəmə gətirir.
Bir çox şəxslərin fikrincə, spirtli içkinin təsiri altında cinayətlərin artmasının əsas səbəbi şəxslərlə bağlıdır. Yəni bəzi şəxslərin spirtli içki qəbul etdikdə 180 dərəcə dəyişməsi xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur.
Əksəriyyət isə düşünür ki, problemin başlıca səbəbi spirtli içkilərin keyfiyyətsizliyidir. Belə ki, kustar üsullarla hazırlanan, keyfiyyətsiz içkilər insanların sinir sisteminə ağır təsirlər göstərir. Bu cür içkiləri qəbul edən şəxslərdə aqressiya, unutqanlıq kimi hallar üzə çıxır. Nəticədə, cinayət hallarının baş verməsi ehtimalı da artır…
İçkinin saxta olduğunu necə müəyyənləşdirək?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, saxta spirtli içki içmiş adam iki cür hallarda həmin vəziyyəti hiss edir:
“Birincisi, gecədən səhərə qədər susayır. Bu o deməkdir ki, içdiyi spirtli içkinin tərkibində aldehidlərin sayı çoxdur. Aldehidlər spirtdən daha çox uçucudur və o, susuzluq gətirir. İkincisi isə, yuxudan oyananda baş ağrısı, gicəllənməsi, gözlərdə şişkinlik varsa, deməli saxta spirtli içki qəbul edib. Bu o deməkdir ki, həmin içkinin tərkibində “sivuş” yağlarının miqdarı normadan çox olub və yaxşı təmizlənməyib. Regionlarda deyirlər ki, guya “samaqon” daha yaxşıdır. Bu, kökündən yanlış fikirdir. Çünki onlar “sivuş” yağlarından azad olmayan içkilərdir”.
E.Hüseynov bildirib ki, Azərbaycanda ən rahat istehsal olunan spirtli içki ağ araqlardır:
“Çünki araqların istehsalı üçün xüsusi üzüm bağları salmaq və onun əziyyətini çəkmək tələb olunmur. 2015-ci ildə araq istehsalı üçün guya lisenziyalar ləğv olundu. Bu biznes qurumlarının işinə yarayan məsələ idi. Lakin şirkətlər bundan sui-istifadə etdilər. O vaxta qədər Azərbaycanda 19 araq istehsalçısı var idisə, artıq bu rəqəm 90-a yaxındır. Spirtli İçki İstehsalçıları Birliyi baş nazirə yerli və xaricdən gələn spirtli içkilərə nəzarət barədə müraciət edib. Təəssüf ki, hələ radikal qərarlar qəbul edilməyib.
Ölkənin əmtəə bazarında çoxlu saxta spirtli içki var.
Bu işi ən yaxşı görən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsidir. Xatırladım ki, onlar beş il bundan əvvəl lüks restoranlarda ən bahalı içkilərin butulkalarına əslində Azərbaycanda mayelər doldurulduğunu sübut etdilər. Çox təəssüf ki, adıçəkilən qurum bu işi davamlı həyata keçirmədi”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ