SON DƏQİQƏ

İnfarktdan necə qurtulmaq olar?...

Tarix:

1-06-2023, 21:30

/ 3 314 dəfə oxundu.
İnfarktdan necə qurtulmaq olar?...

   Xərçəngə meydan oxumaq üçün hər gün 10 min addım gəzmək lazımdır

- Diabeti gecikdirir: Gündə nizamlı olaraq atılan 10 min addım insulin müqavimətini sındırıb, diabetin inkişaf riskini azaldır.

İnsulin müqavimətinin sındırılması nəticəsində qanda şəkərin səviyyəsi nizamlanır və xüsusilə ailəvi diabet xəstəliyi olan şəxslərdə diabetin ortaya çıxmasını ləngidir.

- Xərçəngə qarşı qoruyucudur: Belə ki, gündə 10 min addım atmaq eyni zamanda xərçəngə tutulma riskini də azaldır. Məsələn bağırsaq hərəkətlərinin sürətlənməsi sayəsində bağırsaq xərçəngi riski azalarkən, arıqlama sayəsində də bir çox xərçəng növünün qarşısı asanlıqla  alınır.

- Depressiyaya qarşı təsirlidir​: Gündə 10 min addımla beyindən ifraz olunan endorfin və seratonin kimi maddələr stresi azaldır. Depressiyada istifadə edilən dərmanların əksəriyyəti beyindəki bu maddələrin səviyyəsini artıraraq yaxşı təsir göstərir.

Dərman istifadə etmədən gündə atılan 10 min addımla siz depressiya əlamətlərini azalda və diqqəti cəmləmə qabiliyyətini də artıra bilərsiniz.

- Hər gün 10 min addım gəznək, Alzheimer xəstəliyinin riskini azaldır: Aparılan araşdırmalara görə, gündəlik nizamlı addım atan kəslərdə iflic riskində də azalma olur. Bunların yanında beyin sağlamlığının güclənməsinə bağlı olaraq erkən ağlını itirmə və Alzheimer kimi xəstəliklərin inkişaf riski də azalır.

Hər gün 10 min addım gəzmək  insanı osteoporozdan qoruyur. Çünki gündəlik olaraq atılan 10 min addım əzələ ilə oynaqların güclənməsini təmin edir. Eyni şəkildə sümük quruluşunu da gücləndirib sümüklərdə qalınlaşmanı təmin edir. Bu sayədə Osteoporozun qarşısının alınmasında  çox faydalı olur.

          Diqqət: Təzə kartof ürək üçün faydalılıdır...

Mütəxəssislərin fikrinə görə, 3 aydan çox saxlandıqda kartof demək olar bütün faydalı xüsusiyyətlərini itirir və əksinə onun ziyanlı xüsusiyyətləri artır. Bu səbəbdən Avropa ölkələri qışda kartofu isti ölkələrdən alır ki, orada kartof ildə 3 dəfə yığılır. Təbii ki, təzə kartof köhnə kartofla müqayisədə qat-qat faydalıdır.

Təzə kartof C, B və PP vitaminlərlə zəngindir. C vitaminin günlük porsiyasını almaq üçün yarım kq bişmiş kartof yemək kifayətdir.

Təzə kartofun tərkibində nişasta daha azdır ki, bu onu daha azkalorili edir. Bu pəhriz saxlayan insanlar üçün çox vacibdir. Diyetoloqlar hətta arıqlamaq üçün insanlara  kartof pəhrizləri təklif edirlər. Gün ərzində 1 kq bişmiş kartof yemək olar. Bu kartof 5-6 hissəyə bölünür və gün ərzində göyərtilərlə yeyilir. Belə pəhrizi 3-4 gün saxlamaq olar.

Təzə kartofda ürək üçün faydalı olan kalium çoxdur. Kalim ürəyin normal fəaliyyətini təmin edir və orqanizmdən artıq mayeni xaric edir. Təzə kartof damarların sağlamlığını qoruyan bioflavonoidlərlə də zəngindir.

Təzə kartofu bişmiş şəkildə istehlak etmək daha yaxşıdır. Bişirdikdən əvvəl kartofun nazik qabığını ehtiyatla qaşıyın. Məhz bu nazik qabığın altında faydalı maddələrin əsas hissəsi toplanır. Daha sonra kartofu 30-40 dəqiqə ərzində soyuq suda saxlamaq lazımdır. Bununla siz kartofda olan nitratların miqdarını xeyli azaldacaqsınız.

Qabığı yaşıl olan təzə kartofu yeməyin. Belə kartof düzgün saxlanılmayıb və ona görə də  onun tərkibində gün şüaları təsirindən ziyanlı maddə salonin əmələ gəlib.

                 Hər gün bir limon yeməyin 8 qızıl faydası...

Limon təbiətdəki ən şəfalı bitkilərdəndir. Limonu gündəlik olaraq yeyərək, onun bir çox faydasından yararlanmaq mümkündür.Gəlin gündəlik limon yeməyin orqanizmə inanılmaz faydaları ilə tanış olaq:

- Ürək tutma və iflic riskini azaldır

- Qaraciyəri təmizləyir

- Böyrək və öd daşına qarşı faydası var

- Beyin sağlamlığını qorumağa yardımçı olur

- Yüksək təzyiqin qarşısını alır

- Xərçəngə qarşı qoruyucu təsiri var

- Göz xəstəlikləri üzərində təsirlidir

- Tərkibində bol miqdarda C vitamini və antibakterial özəlliklər var.

Deməli, limon insan  orqanizmi üçün çox faydalıdır. Ona görə də dünya xalqları limondan çox istifadə edirlər.

               İnfarktdan necə qurtulmaq olar?...

      İnfarkt nəticəsində ölümdən qurtulmağın yolu açıqlanıb 

İsveç kardioloqları müəyyən ediblər ki, fiziki aktivlik ürəktutması keçirənlərin erkən ölümdən xilas olmasına kömək edir.

Məhz buna görə də bəzi dünya qəzetləri və saytları istinadla xəbər verirlər ki, həkimlərin apardığı tədqiqatda 2005-2013-cü illərdə miokard infarktı keçirən 22 227 nəfər iştirak edib. Kardioloqlar onların fiziki aktivliyini iki dəfə - ürəktutmasından 6-10 həftə keçmiş müddətdə və 12 ay sonra qiymətləndiriblər. Hər iki halda sorğuya cəlb olunan könüllülər bundan öncəki yeddi gün ərzində, həm də 30 dəqiqədən az olmamaq şərti ilə necə məşq etdiklərini göstəriblər. Bu, infarktdan sonra əzələlərin üzərinə düşən yükün necə dəyişdiyini müəyyən etməyə imkan verib.

 Orta hesabla 4,2 il ərzində 1087 xəstə vəfat edib. Ölüm riski fiziki aktiv olmayanlar arasında daha yüksək olub. Belə ki, tək-tük məşqlər ölüm ehtimalını 37 faiz, ardıcıl məşqlər isə 59 faiz azaldıb. Alimlərin fikrincə, infarkt keçirənlər hökmən  siqareti atmalı və sağlam qidalanma ilə yanaşı, həftədə ən azı iki dəfə məşqlərə də diqqət yetirməldirlər. 

                         Ürək üçün ən ziyanlı 5 QİDA  

Bütün dünyada insan ölümünün başlıca səbəbi ürək-damar sistemi xəstəlikləridir.

Ürək və damarların sağlamlığı bir çox amillərdən asılıdır. Bu amillərdən ən vacib olanı  gündəlik qəbul etdiyimiz  qidamızdır. 

Məhz ona görə ürək üçün ən ziyanlı qidaların siyahısını təqdim edirik:

1.Çox qızardılmış qidalar. Yağda qızardılma zamanı çoxlu miqdarda ziyanlı maddələr ifraz olunur. Bu maddələr ürək-damar sistemi xəstəliklərinin riskini xeyli artırır və həmçinin kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətlərə malikdir.

2.Kolbasa-sosis. Araşdırmalar göstərir ki, bu məhsulların tərkibində çoxlu miqdarda duz və konservantların olması ürək və damarlar üçün çox ziyanlıdır. Duz orqanizmdə mayeni saxlayır və bununla da ürəyə düşən gərginliyi artırır. Konservantlar isə ürək əzələsinə toksiki təsir edir.

3. Duzlu qidalar, şorabalar.

4.Şirniyyatlar, şəkər, şirin qazlı içkilər. Şəkər damarların sağlamlığına xüsusilə ciddi ziyan vurur, damarlarda iltihab yaradır ki, nəticədə onlarda xolesterin yığılmağa başlayır. Xolesterin damarı daraldır, onu daha zəif və kövrək edir, damarın tıxanmasının və partlamasının riskini artırır. Sağlam damarın daxilində xolesterin yığılmır.

5. Marqarin və sairə trans-yağlarda bişirilmiş yeməklər də ürək xəstəlikləri riskini artırır. Şalışın onlarda da uzaq olun.

Gəlin yadımızda saxlayaq ki, hər insanın sağlamlığı onun öz əlindədir. Buna görə də aktiv həyat yaşamaqla, tibbi maarifləndirmə ilə də ciddi məşğul olub, hər kəs öz həkimi olmalıdır.

Tibb elminin banisi Hippokrat- "Tibbin atası” piyi istənilən xəstəliyin mənbəyi hesab edirdi. Məhz buna  görə ilk növbədə istisnasız bütün xəstələrə aclıq pəhrizini məsləhət görürdü. 

Zeynəb GƏNCƏLİ,

toplayanı, tərtib edəni və işləyəni

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ