SON DƏQİQƏ
» » İtgin düşən daha bir hərbçimizin şəhid olduğu məlum olub

İtgin düşən daha bir hərbçimizin şəhid olduğu məlum olub

Tarix:

3-06-2021, 08:00

/ 3 452 dəfə oxundu.
İtgin düşən daha bir hərbçimizin şəhid olduğu məlum olub

Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Verdiyev Eldəniz Rabil oğlunun nəşi tapılıb.

GunAz.az xəbər verir ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini, 1999-cu il təvəllüdlü E.Verdiyevin nəşi Murovdağ ərazisində tapılıb.

 

Onun ailəsi Göygöl rayonunda yaşadığından şəhid Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, E.Verdiyev müharibənin ilk günündə itkin düşmüşdü.

Allah rəhmət eləsin!

скачать dle 12.1

Şərhlər