SON DƏQİQƏ
» » Partiya sədri: Rusiya başkəsənləri, cinayətkarları tərəf hesab edir?

Partiya sədri: Rusiya başkəsənləri, cinayətkarları tərəf hesab edir?

Tarix:

30-12-2020, 15:19

/ 5 686 dəfə oxundu.
Partiya sədri: Rusiya başkəsənləri, cinayətkarları tərəf hesab edir?

"Azərbaycan dövlətinin "sülhməramlıların" hədlərini aşan "fəaliyyətinə" hələlik təmkinli yanaşmasını Rusiya düzgün qiymətləndirə bilməyib və ya qulaq ardına vurur"

 

Rusiya "sülhməramlıları" hədlərini getdikcə daha çox aşırlar.

Qondarma "arsaxı" de- fakto bir "dövlət" kimi tanımaqları, "fəaliyyətlərini" bu qondarma qurumun cinayətkar "rəhbərləri" ilə koordinasiya etmələri, erməniləri zorla Qarabağa daşımaları, quldur erməni yaraqlılarını himayə etmələri, yerləşdiyi ərazilərdə özlərini buranın sahibi, ağa kimi aparmaları, Azərbaycan qanunlarını saya salmamaqları azmış kimi, indi də döyüş təlimlərinə başlayıblar.

Rusiya Müdafiə Nazirliyi Qarabağda tərəflər (?) arasında atəşkəsin pozulması hallarının baş verdiyi haqda xəbərlər yayıb. Bu nə deməkdir? Rusiya Dağlıq Qarabağda hələ də gizlənən terroçuları, qondarma "arsaxı", himayə etdiyi erməni başkəsənlərini, cinayətkarları tərəf hesab edir? Əcəba rus "sülhməramlıları" nəyə hazırlaşırlar, perspektivdə Azərbaycan ordusu ilə qarşıdurmayamı hazırlaşırlar? Yoxsa veralyot vurulmasını bəhanə edərək "sülhməramlı" adı altında Azərbaycana soxulmaları onların "iştahı" artırıb? İndi də cinayətkarları tərəf kimi qəbul etməklə, onların atəşkəsi pozmasını Azərbaycan tərəfinin üstünə atmaqla "sülhü bərpa etmək" bəhanəsi ilə Azərbaycan ordusuna qarşı silah işlətmək, yerləşdikləri əraziləri genişləndirmək istəyirlər? Yoxsa "atəşkəsə riayət etmək üçün 1960 əsgər yetərli deyil" deyərək Qarabağda əlavə minlərlə rus əskərini yerləşdirmək istəyirlər? Nədən bütün vasitələrlə Azərbaycan silahlı qüvvələrinin Laçın dəhlizinə, Xankəndinə, Xocalıya, Ağdərəyə daxil olmalarını hər vasitə ilə əngəlləməyə çalışırlar? Nədən yalnız erməniləri himayə edirlər? Məgər Dağlıq Qrabağ yalnız ermənilərə məxsusdur, azərbaycanlılar bura qayıtmalı deyillər?

"Sülhməramlıların fəaliyyəti" göstərir ki, Rusiyanın əsl niyyəti azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qayıtmasına mane olmaq, bu ərazilərdə ermənilərin sayını süni surətdə artıraraq, onların təhlükəsizliyinin təmin edilməsi zərurətini "əsas" gətirərək uzun müddət Azərbaycan ərazisində qalmaq, müəyyən zaman kəsiyindən sonra yerləşdiyi əraziləri ermənilərin əli ilə ilhaq etməkdir.

Görünür ki, Azərbaycan dövlətinin "sülhməramlıların" hədlərini aşan "fəaliyyətinə" hələlik təmkinli yanaşmasını Rusiya düzgün qiymətləndirə bilməyib və ya qulaq ardına vurur. Ancaq unudur ki, Azərbaycan xalqı, dövləti "sülhməramlıların" qeyri-qanuni "fəaliyyətinə" uzun müddət dözmək fikrində deyil! Azərbaycanlıların bir məsəli var: "quduran 40 gün gedər". Bu məsəli unutmayın! Azərbaycan dövlətinin, onun qəhrəman ordusunun təmkininin bir həddi var! Özününüzü yığışdırın cənab "sülhməramlılar"! Ya fəaliyyətinizi mandatınıza uyğun həyata keçirin ya da, nə qədər ki, gec deyil, necə gəlmisinizsə eləcə də çıxıb gedin!

  Teyyub Qənioğlu

Azərbaycan Təkamül Partiyasının sədri

скачать dle 12.1

Şərhlər