SON DƏQİQƏ

Zəfəri inşa edən MÜƏLLİMLƏRİMİZ

Tarix:

16-12-2020, 08:00

/ 3 732 dəfə oxundu.
Zəfəri inşa edən MÜƏLLİMLƏRİMİZ

44 günlük Şanlı Vətən müharibəsində yurdumuzun hər yerindən və bütün təbəqələrdən yüzlərlə igidlər Şəhidlik zirvəsinə ucalaraq Zəfər gününü inşa etdilər.

Onların arasında müxtəlif ali təhsil müəssisələrinin tələbə və məzunları da yer alır. Bu sırada dünənin, bu günün və sabahın vətənpərvər gənclərini tərbiyə edən müəllimləri yetişdirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbə və məzunları da ön sıralardadır. Belə ki, tarixə "Dəmir Yumruq Əməliyyatı" adı ilə də düşən mübarizəmizdə ADPU-nun 10-larla tələbə və məzunu Şəhid və Qazi mərtəbəsinə yüksəlib.

Hazırda əlimizdə olan dəqiq məlumata görə Vətən müharibəsində Şəhid olan 8 nəfər ADPU məzununu sizlərə təqdim edirik:

1. Tahirov Firdovsi Balaxan oğlu - Tarix və coğrafiya fakültəsi

2. Baş leytenant Əzizov Elgün Elman oğlu - ADPU-nun Şamaxı filialı

3. Leytenant Nəbiyev Orxan Rza oğlu - ADPU-nun Şamaxı filialı

4. Baxışova Arəstə - Azərbaycan Dövlət Pedaqoji Kolleci. II Qarabağ müharibəsinin ilk xanım şəhidi.

5. Lətifov Rəvan - Keçmiş Coğrafiya və GÇH fakültəsi

6. Nüsrətli Ceyhun Vaqif oğlu - Kimya və biologiya fakültəsi

7. Ömərov Qoşqar - Riyaziyyat fakültəsi

8. Baş leytenant Abbasov Ağaqardaş İlham oğlu - ADPU-nun Ağcabədi filialı 

   Şəhidlərimizi şərəflə anır, önlərində baş əyirik! 

ADPU-nun Sosial və Humanitar

məsələlər üzrə prorektorluğu


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ