SON DƏQİQƏ
» » Şanlı Aprel döyüşlərinin şəhidləri – SİYAHI

Şanlı Aprel döyüşlərinin şəhidləri – SİYAHI

Tarix:

2-04-2020, 12:14

/ 2 079 dəfə oxundu.
Şanlı Aprel döyüşlərinin şəhidləri – SİYAHI

2016-cı ilin aprel döyüşlərindən artıq dörd il keçir. Torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri bu gün də gənclərimizə örnəkdir. Dörd gün davam edən Aprel döyüşləri Azərbaycan tarixində daha bir şərəfli qələbə kimi yaddaşlarda qalıb.  
Tarix boyu Azərbaycan əsgəri vətəni, bir qarış torpağı uğrunda canından keçməyə hazır olub. Şəhidlik elə bir zirvədir ki, o hər insana nəsib olmur. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq.
Aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsini hörmətlə anaraq, 2016-cı ilin aprel döyüşlərində şəhid olan əsgər və zabitlərimizin siyahısını təqdim edirik:
Polkovnik:
Vüqar Nurəddin oğlu Yusifov
Polkovnik-leytenant:
Raquf Cahangir oğlu Orucov
Murad Telman oğlu Mirzəyev
Mayor:
Təbriz Tariyel oğlu Musazadə
Urfan Üzeyir oğlu Vəlizadə
Rasim Əbdül oğlu Məmmədov
Elnur Adil oğlu Əliyev
Samit Gülağa oğlu İmanov
Kapitan:
İnqilab Çingiz oğlu Quliyev
Mühid Qurban oğlu Orucov
Vaqif Dilqəm oğlu Bayramov
Nəcməddin Akif oğlu Savalanov
Baş leytenant:
Əbu Bəkir Vüqar oğlu İsmayılov
Mirzə Sərvər oğlu Novruzov
Rəşid Rövşən oğlu Mehdiyev
Ziya Niyazi oğlu Həsənov
Elvin Məmməd oğlu Namazov
Cavid Gülbala oğlu Dədəkişiyev
Elnur İsgəndər oğlu İsgəndərov
Sahil Həsrət oğlu Şirinov (leytenant)
Gizir:
Dilsuz Məmmədağa oğlu Qarayev
Elimdar Səlimxan oğlu Səfərov
Orxan Kazım oğlu Hümbətov
Orxan Ələsgər oğlu Müstəcəbov
Məhəbbət Zaman oğlu Mirzəyev
Nurlan Rasim oğlu Abdullayev
Ravil Elman oğlu Novruzov
Rusif İbrahim oğlu Ağayev
Teymur Sabir oğlu Qasımov
Murad Vaqif oğlu Məmmədov
Bəxtiyar Rəfael oğlu Hüseynov
Toğrul Habil oğlu Fərəczadə
Şahin Yaşar oğlu Cavadzadə
Pəncəli Nurməmməd oğlu Teymurov
Tural Gülşad oğlu Qurbanov
Mirsalam Təvəkkül oğlu Cəfərov
Seymur Qulamhüseyn oğlu Baxışov
Babək Vəfadar oğlu Abidov (Kiçik gizir)
Çavuş:
Təbriz Hamlet oğlu Əsgərov
Elvin Sədrəddin oğlu Qayıbov
MAXE hərbi qulluqçu:
Ruhin Əşrəf oğlu Qəhrəmanov
Nurlan Bayram oğlu Əsgərov
Rahim Qara oğlu Tağıyev
Nicat Bəhruz oğlu İsgəndərov
Səbuhi Rəfayıl oğlu Musayev
Adil Kamran oğlu Adilzadə
Rüstəm Oruc oğlu Əhmədov
Siravi:
Rəvan İsmayıl oğlu Nurayev
Orxan Məhəmməd oğlu Əliyev
Sarvan Natiq oğlu Mehrəliyev
Samir Ziyəddin oğlu Qaçayev
Fərahim Adışirin oğlu Novruzov
Nürəddin Etimad oğlu Mirzəyev
Sərxan Azər oğlu Bağırov
Hüseyn Zeynal oğlu Dəmirli
Ömər Məzahir oğlu Cəbrayılov
Vüqar Natiq oğlu Süleymanov
Teymur Mikayıl oğlu Qasımov
Rizvan Telman oğlu Muradov
Müşviq Arif oğlu Orucov
Cabbarxan İlham oğlu Hacıağayev
Nurlan Cəmil oğlu Qasımov
Xaliq Həsən oğlu Əzizzadə
Emin İmran oğlu Bağırov
Kamran Faiq oğlu Şirəliyev
Əlizaman Fərrux oğlu İslamov
Ülvin Cəmaləddin oğlu Məmmədov
Şulan Bayram oğlu Bayramov
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı
Firdovsi Əliş oğlu Bağırzadə
Mahir Sabir oğlu Mirzəyev
Röyal İmran oğlu Nəsirov
Altun Fərman oğlu Dəmirli
Elşən Səlim oğlu Səmədov
Vüsal İlham oğlu Alıyev
Mikayıl Yaqub oğlu Vahabzadə
Mahir Qədir oğlu Quliyev
Nazim Nadir oğlu Zəkarayev
Yalçın Namiq oğlu Osmanov
Elvin Azadxan oğlu Mirzəyev
Əmiraslan Xəlil oğlu Xeyirbəyov
Elvin Azadxan oğlu Mirzəyev
Əbdülməcid Nadirşah oğlu Axundov
Mahmud Azər oğlu İbrahimov
Sərxan Oqtay oğlu Bayramov
Əmrah Aydın oğlu Yüzbəyov
Əli İntiqam oğlu Heydərov
Natiq Namiq oğlu Tahirli
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə, Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif ediliblər.
Vətən qarşısındakı xidmətlərinə görə, təltif edilənlər arasında "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, "Azərbaycan Bayrağı” və "Vətənə xidmətə görə” ordenlərinə, "Vətən uğrunda”, "İgidliyə görə” və "Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Allah şəhidlərimizə rəhmət eləsin!
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ