SON DƏQİQƏ
» » Bu rayonlarda elektrik xətləri sındı - Azərişıq

Bu rayonlarda elektrik xətləri sındı - Azərişıq

Tarix:

15-12-2020, 20:14

/ 5 970 dəfə oxundu.
Bu rayonlarda elektrik xətləri sındı - Azərişıq

Tovuz, Lerik və Gədəbəy rayonlarının yüksək dağılıq ərazilərində yerləşən yaşayış məntəqələrində son günlər yağan qarın ağırlığı nəticəsində bəzi hava elektrik xətləri sınıb, şəbəkədə açılmalar yaranıb.

Bunu açıqlamasında Azərişıq ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, yüksək dağlıq ərazilərində yaşayan abonentlərin qarlı, şaxtalı havalarda elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək üçün ASC-nin əməkdaşları ekstremal şəraitdə çalışır:

"Hər il olduğu kimi bu il də sərt qış aylarında gücləndirilmiş iş rejimində işləyən Azərişıq ASC-nin regional enerji təchizatı və satışı idarələri abonentlərin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasını təmin etmək üçün ekstremal hava şəraitinə baxmayaraq öz işlərinin öhdəsindən gəlirlər. Əvvəlcədən zəruri avadanlıqların və materialların ehtiyatı yaradılıb, əməkdaşlar gücləndirilmiş iş rejiminə keçib. Son günlər həmin rayonların bir sıra kəndlərində hava şəraitinə görə elektrik xətlərində qəzalar, dirəklərin aşması və digər hallar qeydə alınsa da, əməkdaşlarımız operativ olaraq bu qəzaları aradan qaldırıblar. Hazırda ən yüksək dağlıq ərazilər də daxil olmaqla bütün ölkə üzrə abonentlərin elektriklə fasiləsiz, keyfiyyətli təminatı həyata keçirilir. Xüsusi qeyd edə bilərəm ki, ölkə üzrə elektrik təchizatı şəbəkəsində son illər aparılan genişmiqyaslı yenidənqurma işlərinin nəticəsi olaraq şəbəkə sərt qış aylarına daha hazırlıqlıdır və ekstremal hava şəraitinə görə yaranan qəzaların da sayı kəskin azalıb".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ