SON DƏQİQƏ

Qubada bəzi yerlərdə qar 3 METRƏ ÇATDI

Tarix:

14-04-2026, 08:12

/ 3 577 dəfə oxundu.
Qubada bəzi yerlərdə qar 3 METRƏ ÇATDI

Quba rayonunun dağlıq ərazilərinə qar yağıb.
GunAz.az xəbər verir ki, Xınalıq kəndi ərazisində qarın hündürlüyü hazırda 10 santimetrə çatır.
Bildirilib ki, son günlər yağan qar Susay-Xınalıq avtomobil yolu boyunca maraqlı mənzərə yaradıb. Yolun Susay və Qalaxudat kəndləri istiqamətində bəzi çökək hissələrində qarın hündürlüyü 3 metrə qədər yüksəlib.
Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, yol kənarlarında hündür “qar divarları” formalaşıb. Bu mənzərə bəzi ərazilərdə bir kilometrədək məsafədə müşahidə olunur.
Hazırda yolda nəqliyyatın hərəkəti təmin olunsa da, ərazidə hava şəraiti dəyişkən olaraq qalır.
скачать dle 12.1

Şərhlər