SON DƏQİQƏ
» » Ağdərə rayonununa növbəti köç karvanları yola salındı

Ağdərə rayonununa növbəti köç karvanları yola salındı

Tarix:

22-12-2025, 12:02

/ 3 281 dəfə oxundu.
Ağdərə rayonununa növbəti köç karvanları yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
GunAz.az bildirir ki, bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə 10 ailə olmaqla 54 nəfər köçürülür.
Köç karvanı Tərtər rayonundan yola salınıb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Ağdərə rayonunun Həsənriz kəndinə köçənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
скачать dle 12.1

Şərhlər