SON DƏQİQƏ
» » "Orbitdən çıxandan sonra onları yığıb, toparlamaq olmur" - Rövnəq Abdullayev

"Orbitdən çıxandan sonra onları yığıb, toparlamaq olmur" - Rövnəq Abdullayev

Tarix:

5-09-2017, 08:24

/ 1 209 dəfə oxundu.
"Orbitdən çıxandan sonra onları yığıb, toparlamaq olmur" - Rövnəq Abdullayev

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan - San Marino matçında sonra jurnalistlərə müsahibə verib. 
GUNAZ.az bildirir ki, Federasiya rəsmisi apasport.az-ın da suallarını cavablandırıb.
Oyun haqqında fikirlərinizi bölüşün zəhmət olmasa...
- Normal oyun oldu. Uşaqlar yaxşı hazırlaşmışdılar və yaxşı da nəticə qazandılar. Norveçlə oyundan sonra azarkeşləri sevindirə bildilər.
- 5 qol sizin üçün gözlənilməz olmadı?
- Norveçə məğlubiyyətdən sonra demişdim ki, San Marinoya üç qoldan az vursanız, ölkəyə gəlməyin (gülür). 5 qol məncə ilk idi millinin tarixində, 10 xal da yenilikdi. Düzdü, şansı əldən verdik, ancaq ən azından qrup sonuncusu olmayacağıq.
- Qazonun bərbad vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Bərbad deyildi. Yaydı, istidə adam da yanır. Bir az sərinlik olsun, düzələcək.
- Artıq qrup oyunları sona yaxınlaşır. Millinin çıxışı ürəyinizcə oldumu?
- Hamı istəyir ki, qabağa getsin. "Qarabağ" ÇL-də qrupa düşdü, hamımız sevindik. Biz də çalışırıq ki, həm milliyə, həm də klublara uğurlar qazanması üçün köməklik göstərək.
- Buraxılan bir qol ən böyükhesablı qələbəyə mane oldu. Buna üzülmədiz?
- Gəlin, yerə enək, ayağımızı yerə qoyaq.
- Cüdo millisi haqqında nə düşünürsüz?
- Məncə, uğurlu çıxış etdilər. Medal sayına görə üçüncü sırada olduq. Bəzi şübhəli məqamlar da oldu. Nəticəni yaxşı saymaq olar. Nəzərə alsaq ki, keçən mundial medal qazanmamışdıq, budəfəkini əla saymaq olar.
- Bu komanda həm gənc, həm də yerli idmançılardan təşkil olunub. Elxanı çıxmaq şərti ilə hamısı növbəti olimpiadada medala əsas ümidlərdən olacaqlar...
- Elxan əla mübarizə apardı. Bizim tariximizdi o. Hətta az qaldı bu dünya çempionatında da medal alsın, son anda alınmadı.
- Olimpiadada medala ümid var?
- Ümid olmasa, gərək ümumiyyətlə işləməyək.
- Qayıdaq futbola. 10 xal millinin tarixində rekord göstəricidir...
- Gəlin, bu rekord söhbətini yığışdıraq. Uşaqlar orbitdən çıxandan sonra onları yığıb, toparlamaq olmur. Qarşıda hələ Çexiya ilə oyun var. Gərək o oyundan nəticə alsınlar. Çox arxayın idik ki, Norveçdən xal ala bilərik, alınmadı. Gəlin, gözləyək, tsikl bitsin, sonra təhlil edərik. Qarşıda hələ AÇ-2020 durur, ona hazırlaşmalıyıq. Çalışırıq ki, öz ölkəmizdə biz də oynayaq.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər