SON DƏQİQƏ

AzTV-nin bir neçə studiyası birləşdiriləcək

Tarix:

7-04-2026, 19:27

/ 2 734 dəfə oxundu.
AzTV-nin bir neçə studiyası birləşdiriləcək

Azərbaycan Televiziyasının “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək.
GunAz.az xəbər verir ki,bu barədə  AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.
“QSC daxilində film istehsal edən 3 komanda var – “Sabah”, “Telefilm” və “Kino” studiyası. Hazırda QSC-nin strukturunun daha da təkmilləşdirilməsi, tamaşaçılara maraqlı kontent təqdim etmək istiqamətində növbəti addımlar atılır. Yaxın gələcəkdə müəyyən studiyaların birləşdirilməsi, daha kompakt idarəetmə sisteminin yaradılması nəzərdə tutulur. Bu məqsədlə bədii-sənədli filmlərin və tamaşaların istehsalı “Telefilm” adı altında birləşəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Xalq artisti Ramiz Həsənoğlu 36 ildir fəaliyyət göstərən “Sabah” studiyasının bağlanması ilə bağlı məlumat paylaşıb.
скачать dle 12.1

Şərhlər