SON DƏQİQƏ
» » Gələn ildən məktəblərdə qrafik belə dəyişə bilər

Gələn ildən məktəblərdə qrafik belə dəyişə bilər

Tarix:

14-06-2022, 08:30

/ 2 393 dəfə oxundu.
Gələn ildən məktəblərdə qrafik belə dəyişə bilər

Azərbaycanda bəzi orta məktəblərin 6 günlük tədris həftəsinə keçirilməsi planlaşdırılır. Buna səbəb məktəblərdə şagird sıxlığıdır.

Artıq bununla bağlı orta ümumtəhsil məktəblərinə təlimatlar verilib.

Mənbənin sözlərinə görə, məktəblərdə şagird tutumundan çox sayda şagirdin təhsil alması bir növbəlilik sisteminin davam etdirilməsinə imkan vermir. Bu səbəbdən 6 günlük tədris həftəsinə keçidlə bağlı sistemin işə düşməsi üçün ciddi işlər gedir.

Belə ki, növbəti tədris ilindən etibarən bütün siniflər üzrə dərs saatlarının sayı azaldılmaqla 6 günlük tədrisə başlanılacaq.

Məsələni Təhsil Nazirliyi ilə dəqiqləşdirməyə çalışsaq da, sorğumuz cavablandırılmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ