SON DƏQİQƏ

194 il ayrı düşmüş AZƏRBAYCAN

Tarix:

10-02-2022, 15:54

/ 7 989 dəfə oxundu.
194 il ayrı düşmüş AZƏRBAYCAN

 TÜRKMƏNÇAY müqaviləsi.
    1826 cı ildə Azərbaycan torpaqları uğrunda 2-ci rus-Qacar müharibəsi başlamışdir. Müharıbədə üstünlüyü ələ alan rus qoşunları, Qacar ordularını sıxışdıraraq Güney Azərbaycana daxil olmuşdular. Ağır itkilər verərək sürətlə geri çəkilən Qacarlar sulh danışıqlarını qəbul etməyə məcbur oldular. Yermalovun və Menşikovun rusiya xarici işlər nzirliyinə yazılı təqdim etdikləri təklifləri də nəzərə alınmaqla, sulh və ticarət müqaviləsinin layihəsi hazırlandı. Buna baxmayaraq ruslar Qacar məmurlarına pisxologi təsir edərək bildirirdilər ki, biz dahada irəli gedərək bütöv Azərbaycana sahib olacağıq. Rus işğalçılarının bu hegemonçuluğu danışıqlar zamanı, təzminat məsələlərində bəzi ciddi narazıçılıqlar yaratdı və nəticədə yanvarın 7-sındə danışıqların kəsilməsinə gətirib çıxardı. Beləliklə rus işğalçıları yanvarin 28-i Urmiyanı, fevralın 8-i isə Ərdəbili işğal etdilər. Vəziyyətin gərginləşdiyini görən Qacar dövləti şərtləri qəbul etməyə məcbur oldu. Fevralın 9-dan 10-na keçən gecə, Təbriz yaxınlığındakı Türkmənçay kəndində müqavilə imzalandı.Müqaviləni Qacarlar tərəfindən vəliəhd Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan, rus tərəfindən isə general İvan Paskeviç imzalamışdır. Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi.
Tərəflər arasında əbədi sülh.
Gülüstan müqaviləsində rusiyaya keçən torpaqlardan başqa, Qacar dövləti İrəvan, Naxçıvan və Lənkəran xanlıqlarını     da rus imperiyasının ərazisi olduğunu qəbul etmək. İki imperiya arasında Araz çayını sərhəd kimi qəbul etmək.
Qacar dövlətinin rusiyaya 20 milyon gümüş pul təzminat ödəyəcəyi bildirildi.
Abbas Mirzənin vəliəhd kimi tanınması.
Xəzər dənizində yalnız rusların hərbi dəniz donanması saxlamağı təsdiq edildi.
10-cu maddə ticarət kosulluqlarının açılması, 11-ci maddə isə qarşılıqlı olaraq savaş ilə dayandırılmış işlərin bərpasından bəhs edirdi. 15-ci maddə isə ermənilərin Qacar dövlətindən cənubi qafqaza köçürülməsindən bəhs edirdi.
    Beləliklə Türkmənçay müqaviləsi,20 və 21-ci əsrdə bir millətin ayrılığının simvolu halına gəlmişdir.
Ədib İSAOĞLU
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ