
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan ilin sonuna qədər Moskvada daha bir görüş keçirə bilərlər.
Bu barədə Ermənistanın "Past” qəzeti yazıb.
"XİN-dəki mənbəmizin məlumatına görə, bu il Ermənistan və Azərbaycan liderləri Rusiyada daha bir görüş keçirəcəklər. Görüş baş verərsə, bu, yekun olacaq", - məlumatda bildirilib.
Qeyd olunub ki, yeni görüş geniş tərkibdə keçiriləcək və orada müdafiə nazirləri, üçtərəfli komissiyanın üzvləri, eləcə də XİN başçıları iştirak edəcəklər.