SON DƏQİQƏ
» » “Sərhəddə emənilərin təxribatı mümkündür”: Məsələyə KTMT qarışa bilər?... - AÇIQLAMA

“Sərhəddə emənilərin təxribatı mümkündür”: Məsələyə KTMT qarışa bilər?... - AÇIQLAMA

Tarix:

13-05-2021, 20:20

/ 6 181 dəfə oxundu.
“Sərhəddə emənilərin təxribatı mümkündür”: Məsələyə KTMT qarışa bilər?... - AÇIQLAMA

"Azərbaycanın Ermənistanla sərhəddin Zəngilan və Laçın istiqamətində sərhədlərini müəyyənləşdirməsi İrəvanda narahatlıqla qarşılanır. Sözügedən məsələni Azərbaycanın bu ölkənin ərazi bütövlüyünə qarşı fəaliyyəti kimi elan edirlər.

Bu barədə GünAz.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə fikir səsləndirib. O bildirib ki, Ermənistan işğal dönəmində sərhədlərini qabağa çəkib, Azərbaycan ərazilərini ilhaq etmişdi: "GPS və əldə olunan xəritələrə uyğun olaraq silahlı qüvvələr postları irəli çəkir və Laçın rayonunda yerləşən göl nəzarətimizə keçib. Sərhəddə emənilərin təxribatı mümkündür. Amma, Azərbaycan ordusu hazırlıqlıdır və ermeni tərəfi konkret olaraq çəkinir. Baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib. Azərbaycana qarşı iddihamlar irəli sürüb. Ermənistan çalışacaq ki, KTMT-ni məsələyə cəlb etsin və provakasiyalara əl atsın. Artıq sabiq prezident Sarkisyan Nikol Paşinyanı qətiyyətsizlikdə ittiham edir. Koçaryan və Sarkisyan bundan istifadə edib Paşinyanın seçki öncəsi kampaniyasına qarşı qara piar kimi istifadə edəcəklər. Ümumiyyətlə Azərbaycan tərəfi Sünik vilayəti tərəfdə heç bir sərhəd pozuluculuğuna getməyib. Dövlət sərhəddini müəyyənləşdirib. KTMT iki ölkə arasında sərhədin demarkasiyasına qarışa bilməz”.

Politoloq əlavə edib ki, baş nazir Nikol Paşinyan da yaxşı bilir ki, Azərbaycan tərəfi dövlət sərhəddini müəyyən edir: "Burada hər hansısa sərhəddi keçmək prosesi yoxdur. Bundan əlavə orduda olan bir neçə generalların və digər vəzifəli şəxslərin müxalifətlə yaxın münasibətləri belə gərginliyi yaratmaqda maraqlıdır. Nə Rusiya, nə də KTMT sərhəddin müəyyənləşdirilməsinə görə, Azərbaycana təzyiq edə bilməyəcək. Rusiya müdafiə naziri Sergey Şoyquya zəng edən erməni müdafiə naziri telefon söhbətində sərhəd məsələsini qabartsa da, Moskva konkret hərəkətə keçmədi. Ümumiyyətlə sərhədlərin müəyyənləşdirilməsində problemler qaçılmazdı”.

Müşviq Tofiqoğlu

KONKRET.az

скачать dle 12.1

Şərhlər