SON DƏQİQƏ
» » Paşinyan KTMT ölkələrinin Bakıya silah satmasından narahatdır

Paşinyan KTMT ölkələrinin Bakıya silah satmasından narahatdır

Tarix:

27-11-2018, 21:05

/ 10 320 dəfə oxundu.
Paşinyan KTMT ölkələrinin Bakıya silah satmasından narahatdır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri bir-birinə öhdəliklərini aydınlaşdırmalıdır.

GunAz.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Vanadzor şəhərində keçirdiyi mitinqdə bildirib.

“Bilirsiniz, son vaxtlar KTMT-də aktiv müzakirələr gedir. Bu müzakirələr müttəfiq ölkələrin bir-birinə qarşı mütləq öhdəlikləri ilə bağlıdır. Nəhayət, biz aydınlaşdırmalıyıq, kimə inanmaq olar, kimə olmaz. Yerevana aydın deyil ki, nəyə görə müttəfiq ölkələr Ermənistanın düşməninə (Azərbaycan-red.) silah satır. Biz müttəfiqlərimizlə bu məsələni ciddi müzakirə etmək istəyirik”, - deyə o vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ