SON DƏQİQƏ
» » Laçın dəhlizindən erməni hərbçilər Qarabağa girir – Kremlin yeni müharibə PLANI...

Laçın dəhlizindən erməni hərbçilər Qarabağa girir – Kremlin yeni müharibə PLANI...

Tarix:

17-03-2021, 11:58

/ 2 822 dəfə oxundu.
Laçın dəhlizindən erməni hərbçilər Qarabağa girir – Kremlin yeni müharibə PLANI...

"ATƏT sədrinin Cənubi Qafqaz turu çərçivəsində Ermənistanda rəsmilərlə görüşdə Qarabağ məsələsində vacib problemlərin qaldığını vurğulaması və ermənilərin statusu ilə bağlı sərgilədiyi mövqe göstərir ki, bu təşkilat iki ölkə arasında sülhün, təhlükəsizliyin əldə edilməsində maraqlı deyil”.

Bu fikirləri GünAz.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Politoloq bildirb ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Minsk qrupunun yenidən prosesə cəlb edilməsini istəməsi və status məsələsini qaldırması, 10 noyabr və 11 yanvar razılaşmalarının pozulmasına xidmət edir: "Görünür baş nazir Nikol Paşinyanın imza atdığı sənədlərə öz komandası qarşı çıxır. Xüsusilə xarici işlər naziri Ara Ayvazyanın tutduğu xətt birbaşa Paşinyanın siyasətinə zidd olaraq mövcud razılaşmalarının əleyhinə gedir. Ara Ayvazyanın Kremldən asılı olduğu, birbaşa Rusiya XİN rəhbəri Sergey Lavrovun təlimatı ilə danışdığı şübhəsizdir. Baş nazir Nikol Paşinyanın mövcud üçtərəfli razılaşmalara qarşı çıxan xarici işlər nazirini istefaya göndərməsi mümkündür. Çünki konkret şəkildə onun siyasəti birbaşa revanşist müxalifətin mvöqeyi ilə paralel şəkildə davam edir. Bu da rəsmi İrəvanın mövqeyi kimi dəyərləndirilir. Azərbaycan XİN erməni xarici işlər nazirinin açıqlamlarına sərt mövqe ortaya qoymalı, mövcud razılaşmalar yerinə yetirilməyəcəksə, rəsmi Bakı daha da ciddi tədbirlərə əl atacağını elan etməlidir. Xüsusilə erməni nazir Ara Ayvazyanın Qarabağa ermənilərin kompakt yaşadığı əraziyə girişinə icazə verməməlidir”.

 


Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan xarici işlər nazirinin Qarabağla bağlı mövqeyi, Minsk qrupunun fəaliyyətini önə çəkməsi, bu ölkədə hökumətdə yekdil siyasi mövqeyin olmamasından irəli gəlir: "Bununla da, Ermənistan Azərbaycanla əlaqələrin bərpasından irəli gələn müddəaları yerinə yetirməməklə, blokada vəziyyətində qalmağı tərcih edir. Rusiyanı Ermənistanın Azərbyacana qarşı hazırkı siyasəti qane edir. Kreml çalışır ki, düşmənçilik davam etsin və gələcək perspektivdə yenidən müharibəni gündəmə gətirsin. Məhz hazırda Ermənistanı silahlandırması buna əsaslanır. Həmçinin Laçın dəhlizindən erməni hərbiçilərinin Qarabağa girişinə şərait yaratmaqla, razılaşmaların əlehinə gedir. Təbii ki, Moskvanın bu avantürası baş tutmayacaq. Ermənistanada Nikol Paşinyan hakimiyyətini gücləndirəndən sonra, Rusiya ilə növbəti qarşıdurmaya gedəcək. Çalışacaq ki, Moskvanı Ermənistandan çıxarsın. Rusiya Ermənistandan çıxdıqdan sonra, bu ölkə normala çevrilə bilər. Ermənistanın baş nazirinin prosesi davam etdirib, buna nail olacağı çətin görünür. Ona görə də Azərbaycan öz ordusunu daima gücləndirməli, Türkiyə ilə hərbi ittifaqı rəmiləşdirməlidir”.

скачать dle 12.1

Şərhlər