SON DƏQİQƏ
» » Ermənistan Azərbaycandan KTMT-yə şikayət etdi

Ermənistan Azərbaycandan KTMT-yə şikayət etdi

Tarix:

13-05-2021, 19:58

/ 3 788 dəfə oxundu.
Ermənistan Azərbaycandan KTMT-yə şikayət etdi

"Ermənistan Azərbaycan Ordusunun "qanunsuz” əməllərindən KTMT-yə şikayət etdi”.  

GünAz.az bu barədə erməni nəşrlərinə istinadən xəbər verir. KTMT rəhbərliyi bildirib ki,  Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə izləyir və vəziyyət daha da kəskinləşəcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi ilə nəzərdə tutulmuş tədbirləri görməyə hazırdır.

 

KTMT Ermənistanın Müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan və Ermənistan Xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla telefonla mövcud vəziyyəti müzakirə edib.

KTMT-dən qeyd edilib ki, Ermənistanın qurumdakı daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqov 13 mayda KTMT Daimi Şurasının iclası zamanı hadisə barədə məlumat verib:

"Erməni tərəfinin verdiyi məlumata görə, Azərbaycanın Silahlı Qüvvələri sərhədi pozaraq bir neçə kilometr Ermənistan ərazisinə girib”. Daha sonra Biyagov ermənipərəst mövqe sərgiləyərək, "Azərbaycanın həyata keçirdiyi təxribatın Ermənistanın suveren ərazisinə birbaşa təcavüz olduğunu və regional təhlükəsizlik və sabitliyə ciddi təhdid olduğunu” qeyd edib.

Xuraman Etibarlı

KONKRET.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ