SON DƏQİQƏ

KTMT sülh üçün deyil, siyasi alətdir - Kiyev

Tarix:

26-07-2019, 12:12

/ 1 318 dəfə oxundu.
KTMT sülh üçün deyil, siyasi alətdir - Kiyev

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın regional hegemoniyasının yayılması üçün siyasiləşmiş alətdir.

GunAz.az xəbər verir ki, bunu Ukraynanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vladimir Yelçenko BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib. O, KTMT-nin sülhün qorunması funksiyasını icra edə bilmədiyini deyib:

“Bəzi regional təşkilatlar son zamanlar sülh və təhlükəsizliyin dəstəklənməsi yerinə öz fəaliyyətlərini üzvlərinin əməlləri sayəsində siyasiləşdirirlər. KTMT belə təşkilatlardan biridir. Rusiyanın Ukraynaya aqressiyasının başlanmasından sonra KTMT heç bir cavab tədbiri görməməklə bərabər, Moskvanın əməllərinə adekvat qiymət də verə bilməyib. KTMT Rusiyanın regional hegemoniyasının nümayişi yollarından birinə və öz qonşunlarına təsir vasitəsinə çevrilib. KTMT sadəcə Rusiyanın postsovet məkanındakı siyasətinin alətlərindən biridir”.

Qeyd edək ki, KTMT-yə Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan daxildir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ