SON DƏQİQƏ
» » Jurnalistlərin Füzuli və Xocavənd səfəri başladı

Jurnalistlərin Füzuli və Xocavənd səfəri başladı

Tarix:

28-04-2021, 09:32

/ 1 576 dəfə oxundu.
Jurnalistlərin Füzuli və Xocavənd səfəri başladı

Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün işğaldan azad olunan ərazilərə növbəti səfər başlayıb. 
Oxu.Az-ın məlumatına görə səfər Füzuli və Xocavənd rayonlarına təşkil olunub. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, media nümayəndələri əvvəlcə Füzuli rayonunun İşıqlı kəndində məhv edilmiş təbiət abidəsi olan Şərq çinarı, Dövlətyarlı kəndində istismar olunmuş "Dövlətyarlı mişar daşı” yatağı ilə tanış olacaq. Paralel olaraq, Füzuli rayonunun Qaraməmmədli kəndində bir hektar sahədə ağaclar əkiləcək, "Köndələnçay-1" su anbarına balıq körpələri buraxılacaq".
Daha sonra tədbir iştirakçıları Xocavənd rayonunda Azıx mağarası və 900 yaşlı şərq çinarına baxış keçirəcəklər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ